Bu gün:

Mirvari necə yaranır?


Qədim zamanlardan insanlar tərəfindən qiymətli zinət əşyası kimi istifadə edilən təbii mirvarilərin əksəriyyətinin mənbəyi dənizdə yaşayan istiridyələrdir. İstiridyə dənizdə yaşayan, mollyuska budağına aid olan qabıqlı canlılardır.

İstiridyənin içərisində mirvarinin əmələ gəlməsi, əslində, istiridyənin bir növ özünüqoruma mexanizminin nəticəsidir. Qum dənəsi və ya qabığından istiridyəyə daxil olan hər hansı bir hissəcik istiridyə tərəfindən yad maddə kimi qəbul edilir. 

İstiridyə özünü qorumaq üçün bu yad maddəni "mirvari anası" adlanan sərt, bərk, möhkəm və parlaq mineral sədəflə sarmağa başlayır. Zaman keçdikcə daha çox sədəflə örtülmüş bu yad cisim sonunda parlaq və sərt bir daşa çevrilir. Bu daşa mirvari deyilir.

Mənbə: Bilim genç
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et