Bu gün:

Dünyanın ən isti yeri haradadır?


Dünyanın ən isti yeri haradadır? 

Ümumdünya Meteorologiya Təşkilatının Yer kürəsində təxminən 11119 meteoroloji stansiyası var. Yer səthinin hər 56 milyon kvadrat mil (144,68 milyon kvadrat km) yalnız 1 hava stansiyasına bərabərdir. 

Sahara, Qobi, Sonoran, Pilbara, Ölü dəniz və Taklamakan səhrası kimi isti səhralar, hətta gündəlik ölçmələri mümkünsüz edən sərt iqlimə malikdir. Yerin əsl qaynar nöqtələrinin çoxu birbaşa yerdəki alətlərlə (termometrlər) ölçülmür. 

Ölü səhra 

Lut səhrası və ya Daşt-e-Lut İranın cənub-şərqində yerləşir. Lut səhrası Cənubi Xorasan, Sistan və Bəlucistan və Kirman əyalətləri arasında yerləşir. Ölü səhra UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş dünyanın 27-ci ən böyük səhrasıdır. Daşt-e-Lut su hövzəsinin ərazisi təxminən 175 min kvadrat kilometrə qədər genişləndirilib və ya İran ərazisinin təxminən 10 faizi. Fars dilində 'Lut' susuz və bitkisiz çılpaq torpaq deməkdir. Lut səhrası dağlarla əhatə olunmuş daxili hövzədə yerləşdiyi üçün yüksək temperaturlara çatmaq olar. 

2005-ci ilə olan məlumata görə, dünyanın ən isti yeri 70,7 dərəcə Selsi ilə İrandakı Lut səhrasıdır. Ərazidə hətta bakteriya aşkar edilməyib. 480 kvadrat kilometr ərazini əhatə edən xüsusi isti zona Gandom Beriyan (tost buğdası) adlanır. Qurudulmuş, qara lava süxurunun səhra günəşinin istisini udması nəticəsində yüksək temperatur yaradır 


Mənbə: Nasilbe

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et