Bu gün:

Saxaranı səhra edən nədir?


Saxaranı səhra edən nədir? 

Planetimiz müxtəlif iqlim və yaşayış yerləri olan məkanlara ev sahibliyi edir. Ən hündür zirvədən ən dərin okeana, Tundranın soyuqluğundan Ölüm Vadisinin istisinə qədər bu Yer kürəsinin ifrat fərqliliklər məkanı olmasının sübutudur.

Səhralar o yerlərdən biridir ki, çox quru, amansız iqlimi və temperaturu ilə yaşayış üçün demək olar ki yararsız hesab olunur. Dünyanın böyük səhralarının əksəriyyəti qütb bölgələrində yerləşir, çünki səhralar bir çox insanın düşündüyü kimi qum və istiliyin miqdarı ilə deyil, yerin qəbul etdiyi yağıntının miqdarı ilə müəyyən edilir. Bununla belə, səhralara dünyanın hər yerində rast gəlinir (əksəriyyəti Afrika və Avstraliyada olmaqla), baxmayaraq ki, Hər biri bir-birindən fərqlənir. 

Saxara səhrası dünyanın ən böyük isti səhrası, Antarktida və Arktikadan sonra isə üçüncü ən böyük səhradır. Şimali Afrikada yerləşir, qitənin böyük hissəsini əhatə edir. Ölçüsünə görə Çin və ya ABŞ ilə müqayisə edilən səhra 9.200.000 kvadrat kilometr ərazini əhatə edir. Saxara dünyanın ən isti səhrasıdır. Ən sərt iqlimlərdən birinə malikdir. Orta illik temperaturu 30°C olduğu halda, indiyə qədər qeydə alınmış ən yüksək temperatur 58°C olmuşdur. Bölgəyə çox az yağıntı düşür, daha dəqiq Saxara səhrasının yarısına hər il 1 düymdən az yağış düşür. 


Mənbə: Nasilbe

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et