Bu gün:

"Halloween" nədir?


Bu yazıda dünyada son illərdə xüsusilə müxtəlif geyim və bəzəklərlə, xüsusən də balqabağın təqdimatı ilə sürətlə yayılan “Halloween”lə qarşınızdayıq! Yarı qorxulu, yarı gülməli, amma mütləq əyləncəli, dərin inanclara malik, 7-dən 70-ə kimi hər kəsin diqqətini çəkən Halloween-i tanıyaq, necə qeyd olunduğunu görək.

Halloween nədir və niyə qeyd olunur?

Halloween bayramının mənşəyi xristianlığa əsaslanır və bütpərəst inanclara qədər uzanır. Qədim dövrlərdən bəri qeyd olunan bu xüsusi gün, əslində, tonqalların yandırıldığı və geyimlərin geydiyi məhsulu qarşılamaq üçün yazın sonunda keçirilən qədim Kelt Festivalı Samhain-dən gəlir. Ölülərin köhnə evlərini ziyarət etməyə gəldiyinə də inanılır və bu, şər ruhları qovmaq üçün od yandırmaq, qorxulu kostyumlar geyinmək və maskalar taxmaq kimi bəzi köhnə ənənələrlə formalaşır. Başqa sözlə desək, qorxunc “kabusları” dəf etmək üçün müxtəlif təcrübələrdən istifadə olunur. Bir çox Avropa ölkələrində, xüsusilə Amerikada qeyd olunur, şimal yarımkürəsində olduqca yaygındır və Yaponiya və Filippin kimi ölkələrdə də qeyd olunur. Oktyabr ayından etibarən xüsusilə dekorasiya dəyişikliklərində Halloween-in təsirlərini görmək mümkündür.


Halloween nə vaxtdır?

Halloween hər il oktyabrın 31-də qeyd olunur. Xüsusilə oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə insanlar müxtəlif tədbirlərlə bir araya gəlirlər. Həmin həftə sonu partiyalar və xüsusi tədbirlər keçirilir. Bu gün həm də yazın sonu, qışın başlanğıcı hesab olunur. “Halloween nə vaxtdır” sualının cavabı oktyabrın 31-i olsa da, bir çox Avropa ölkəsi və Amerikada hazırlıqlar günlər əvvəldən başlayır və demək olar ki, hər yerdə, xüsusən də oktyabr ayı ərzində Halloween mövzusuna rast gəlmək mümkündür.

Mənbə: richmondnua.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et