Bu gün:

Qlütensiz qidalanma nədir və necə edilir?


Mütəxəssislər tərəfindən çölyak xəstəliyinin müalicəsi üçün tövsiyə edilən qlütensiz pəhriz son zamanlar çox diqqət çəkən sağlam qidalanma növlərindən biridir. Həkimlər çölyak xəstələrində görülən şişkinliyi, baş ağrılarını, qida maddələrinin udulmasında çətinlik və bağırsaq selikli qişasının zədələnməsini aradan qaldırmaq üçün qlütensiz pəhriz tövsiyə edirlər. Arıqlamağa da kömək edən qlütensiz pəhriz, şişkinlik və ishal kimi problemləri aradan qaldırır və yağların yandırılmasını asanlaşdırır. Gündəlik həyatda tez-tez istifadə etdiyimiz qidaların bir çoxunda qlüten var. 

Qlütensiz pəhrizin faydaları nələrdir?


Tərkibində qlüten olan qidalar şişkinlik, qusma, ürəkbulanma və yorğunluq kimi problemlər yaradır. Qlütensiz pəhrizlə bu problemləri minimuma endirə bilərsiniz. Çölyak xəstələrində görülən bağırsaq zədələnməsi və udma çətinliyi qlütensiz pəhriz ilə azalır. Araşdırmalara görə, qlütensiz qidalanma sayəsində autizmli uşaqların simptomlarında azalma müşahidə olunub. Qlütensiz qidalanaraq gündəlik həyatda tez-tez rast gəlinən diqqəti cəmləyə bilməmək kimi problemləri də aradan qaldıra bilərsiniz. Qlütensiz pəhriz anemiyaya qarşı təsirlidir, çünki dəmir, B6, B12 və sink kimi vitaminlərin daha asan mənimsənilməsini təmin edir. Qlütensiz pəhriz saç və dırnaq sağlamlığına da müsbət təsir göstərir. Tərkibində qlüten olmayan qidalar da qan şəkərinin tənzimlənməsində təsirli rol oynayır.

Tərkibində qlüten olan qidalar hansılardır?

Çörək, lavaş, buğda unu, qəhvəyi un, buğda nişastanı, taxılla, tort, qablaşdırılmış cips və kartof qızartması, bulqur, biskvitlər, peçenyelər, krakerlər, çovdar, əriştə, makaron, işlənmiş ət, bulyon, soya sousu və salat sousları, ədviyyat qarışıqları, fındıq 

Qlütensiz qidalar hansılardır?

Düyü unu, qarğıdalı unu, şabalıd unu, kartof unu, kinoa, düyü, qarabaşaq yarması, maş lobya, noxud, mərcimək, toyuq, ət, balıq, tərəvəz və meyvə sortları, pendir, yumurta, süd, qatıq, bal, kərə yağı, zeytun yağı, zeytun, qarğıdalı, günəbaxan, fındıq yağları, badam, qoz, fındıq, fıstıq, qovrulmuş noxud, dondurma

Qlüten pəhrizində nəzərə alınmalı olan məqamlar:

Əvvəlcədən qablaşdırılan bir çox məhsullarda qlüten olduğundan, hazır qidaların etiketləri oxunmalı və “qlütensiz” ifadəsinin olub olmadığı yoxlanılmalıdır. Əsas yeməklərdə makaron, əriştə və bulqur, plov kimi yeməklərdən uzaq durmaq lazımdır. Çay vaxtını müşayiət edən peçenye və tortlar üçün evdə hazırlanmış qlütensiz reseptlərə üstünlük verilməlidir.

Bədəninizi gümrah saxlamaq və lazımi mineralları əldə etmək üçün ət və tərəvəz yeməklərinə müraciət edə bilərsiniz. Alma və armud kimi mövsümi meyvələr qəlyanaltı olaraq yeyilməlidir. Badam, qoz, ərik qurusu kimi qidalar da qəlyanaltı olaraq yeyilməlidir.

Qlüten pəhriz nümunəsi:

Sabah:

1 ədəd qaynadılmış yumurta, 1 dilim ağ pendir, 2 dilim qlütensiz çörək

Günorta:

Bir porsiya zeytun yağı ilə qırmızı lobya, turp salatı, 3 xörək qaşığı düyü plovu, ayran

Axşam:

Evdə hazırlanmış qatıq, 2 dilim qlütensiz çörək

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et