Bu gün:

Koreyalıların 3 gözəllik sirri


Gözəllik, gözəl görünmək hər kəs üçün vacibdir, lakin bunun təbii yollar ilə əldə edilməsi xüsusilə də son dövrlərdə daha da vacibdir. Koreyalı qadınların gözəllik sirləri təbii gözəlliyə daha tez çatmağımıza kömək edəcək.

1. Dərini fırçalamaq; Koreyalı qadınların gözəllik və qulluq rutinlərinə baxdığımızda ilk qarşılaşdığımız şey dərini fırçalamaqdır. Son illərdə xüsusi diqqət çəkən dəri fırçalarına bir çox yerdə rast gəlmək mümkündür. Koreya kosmetik saytları vasitəsilə geniş şəkildə satılan dəri fırçaları az öncə qeyd etdiyimiz mövzuya çox uyğun bir əşyadır. Unutmayın ki, ən vacib qulluq təmizlikdir. Buna görə də, dəri fırçaları hər kəsin dəriyə qayğı rutinində olması lazım olan bir vasitəyə çevrilməlidir. Dərinizi, xüsusən də gecə yatmazdan əvvəl dəridəki ölü dərini təmizləyən, eləcə də məsamələrdə yığılmış kirləri ən həssas nahiyəyə qədər təmizləyən dəri fırçaları ilə mütləq təmizləməlisiniz. Beləliklə dərinizə sürtdüyünüz qulluq kreminin sorulması daha sürətli olacaq.


2. Üzünüzə düyü maskası tətbiq edin! Koreya gözəlliyi və dəriyə qulluğu dedikdə ağıla ilk gələn maska təbii ki, düyü maskasıdır. Koreyalı qadınların ağ və hamar dəriyə sahib olmasının ən əhəmiyyətli təsirlərindən biri də tez-tez düyü maskaları tətbiq etmələridir. Bu maska dəridəki rəng bərabərsizliyini aradan qaldırmaqla yanaşı, dəri tonunu bərabərləşdirir və pambıq kimi dəriyə sahib olmağa kömək edir. Düyünün tərkibindəki nişasta dərini yumşaldan ən vacib maddədir. Evdə rahatlıqla tətbiq edə biləcəyiniz bu maska ilə Koreya qadınları kimi hamar dəriyə sahib ola bilərsiniz.

3. Kağız maskalar! Xüsusilə ölkəmizdə son illərdə tez-tez qarşılaşdığımız kağız maskalar bir çox kosmetik firmalar tərəfindən istehsal olunmağa başlayıb. Vərəq maskaları ilk dəfə Koreyada yaranıb və tərkibindəki faydalı yağlarla dəriyə asan qulluğu təmin edir. Həftəlik baxım rutininizi dəri tipinizə uyğun tərkibli təbəqə maskası ilə edə, üz ağardıcı maskadan sonra dərinizə uyğun nəmləndirici krem çəkərək baxımınızı tamamlaya bilərsiniz.


Mənbə: korendy.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et