Bu gün:

Siqhizm dini


Siqhizm dini təxminən 500 il əvvəl Hindistanın Pəncab əyalətində yaranıb. İngilis dilində "Sikh" kimi yazılmış "Sikh" sözü "tələbə", "şagird" deməkdir. 

Bu, 1469-cu ildə Pakistanın Pəncab əyalətinin Lahor şəhəri yaxınlığında anadan olmuş Nanak adlı bir "quru" (sanskritdə ustad/master) tərəfindən təsis edilib. Bugünkü Siqh ibadəti və davranışı 1699-cu ildə Guru Gobind Singh tərəfindən tərtib edilib.

1947-ci ildə Hindistanın bölünməsi zamanı müsəlmanlar və siqhlər arasında baş verən qarşıdurmalardan sonra Qərbi Pəncabdakı (Pakistan Pəncabı) siqhlər kütləvi şəkildə Şərqi Pəncaba (Hindistan Pəncabı), Hindistan Pəncabındakı müsəlmanlar isə Pakistan Pəncabına köç etdi. 

1960-cı illərdən bəri Siqhlərin əyalətdə "pəncab" dilinin danışıldığı coğrafiyanı daxil etmək istəyi səbəbindən Hindistan siqh və Hindu qarşıdurmalarına səhnə olmuşdur. 1970-ci illərdə Baş nazir İndira Qandinin ayrı-seçkilik siyasəti ilə gərginlik artdıqda bir çox siqhlər Qərb ölkələrindən, xüsusən də Kanada və ABŞ-dan sığınacaq istədilər. 

1984-cü ildə İndra Qandinin siqhlərin müqəddəs məbədi olan Qızıl Məbədə qarşı əməliyyatı bir siqh cangüdəninin öldürülməsi ilə nəticələndi. İndra Qandinin öldürülməsi bütün Hindistanda siqhlərə qarşı hücumlar və zorakılıq dalğasına səbəb oldu. Minlərlə siqh öldürüldü. Zorakılıq səngidikdən sonra hindular və siqhlər arasında daha barışdırıcı bir yanaşma yarandı. Bəzi hindu millətçilərinin “Siqhlər əslində hindulardır və siqhizm deyə bir şey yoxdur” tezisləri zaman-zaman gərginliyə səbəb olsa da, gərginlik bir siqhin baş nazir olacağı qədər azalıb. Manmohan Sinq 2004-cü ildə Hindistanın ilk siqh baş naziri oldu və 2014-cü ilə qədər bu vəzifəni icra etdi. Manmohan Singh eyni zamanda Nehrudan sonra ilk 5 ildən sonra ikinci dəfə baş nazir seçilən ilk siyasətçi olmağı bacardı.

Bu gün dünyada 25 milyondan çox siqh yaşayır.

Mənbə: amerikabulteni

Tərcümə etdi: Gülay Qəribova


Paylaş
Şərh əlavə et