Qəbizlik həzm sistemi ilə əlaqəli ümumi bir vəziyyətdir və müxtəlif səbəblərdən yarana bilər. Bitki çayları həzm sistemini stimullaşdırmağa və bəzi hallarda qəbizlik əlamətlərini aradan qaldırmağa kömək edir. Ancaq xroniki bir xəstəliyiniz varsa və ya qəbizlik problemi tez-tez təkrarlanırsa, bitki çaylarından istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz. Qəbizliyin əsas səbəbləri müalicə prosesini sürətləndirir.
1. Zəncəfil çayı

Zəncəfil çayı həzm sistemini stimullaşdırır və qəbizliyi aradan qaldıra bilər. Faydalı bakteriyaların çoxalmasına kömək edir. İltihab əleyhinə xüsusiyyətləri ilə infeksiyanın səbəb olduğu qəbizliyi aradan qaldırmağa kömək edə bilər. Qaz əmələ gəlməsinin qarşısını aldığı üçün ürəkbulanma kimi hallarda da içilir. Zəncəfil çayı həm təzə zəncəfil, həm də toz zəncəfil ilə hazırlanır. 10 dəqiqə qaynar suda saxlanılan zəncəfil çayına limon da əlavə edə bilərsiniz.
2. Çobanyastığı çayı

Rahatlaşdırıcı təsiri ilə həzmi tənzimləyə və bağırsaqları rahatlaşdıra bilər. Sakitləşdirici təsiri ilə əzələ spazmlarını və ağrıları aradan qaldırır. Həzm sistemini sakitləşdirərək qəbizliyi azaltmağa kömək edə bilər. Çobanyastığı çayı qurudulmuş çobanyastığının qaynar suda dəmlənməsi ilə hazırlanır. İstəyə bağlı olaraq, bal ilə şirinləşdirilə bilər.
3. Keşniş toxumu çayı

Keşniş toxumu həzm xüsusiyyətlərinə malikdir. Həzmi stimullaşdıra və bağırsaq hərəkətlərini artıra bilər. Ürək bulanması, mədə yanması və qəbizlik kimi problemlərə qarşı təsirli olduğu düşünülür. Keşniş toxumlarını qaynar suda dəmləyib çayınızı hazırlaya bilərsiniz.
4. Nanə çayı

Xüsusilə ürəkbulanmaya qarşı təsirli olan nanə çayı həzm sisteminə rahatlaşdırıcı təsir göstərir. Həzm sistemindəki əzələləri rahatlaşdıran bu çay həzm zamanı əmələ gələn qazların da aradan qaldırılması kömək edir.
5. Kətan toxumu çayı

Liflə zəngin olan kətan toxumu həzmi yaxşılaşdıra və qəbizliyi azalda bilər. Kətan toxumunun tərkibindəki həll olunan liflər nəcisi yumşaldır və bağırsaqlarda asanlıqla sorulmasını təmin edir. Həll olunmayan liflər həzm sistemini stimullaşdırır və tullantıların daha asan hərəkət etməsinə şərait yaradır. Lakin ehtiyatla istifadə edilməli və bol su ilə içilməlidir.
Bundan əlavə, qəbizliyi müalicə etmək üçün yalnız bitki çaylarından istifadə etmək əvəzinə, balanslaşdırılmış pəhriz və su içmək kimi həyat tərzi dəyişiklikləri də vacibdir.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
