Yaxın Şərq və ərəb ölkələrində tez-tez içilən ərəb qəhvəsi Arabica paxlasından dəmlənir. Bu ədviyyatlı qəhvə növüdür. Ərəb qəhvəsi həm içkiyə, həm də bişirmə üsuluna verilən addır. Xüsusi qəhvə qabında qaynadılıb qarışdırılaraq bişirilən bu qəhvə uzun müddət termosda saxlanılır. Qulpsuz fincanlarda verilir. Tünd qovrulmuş qəhvə dənələri istifadə olunur. Acı qəhvə növüdür. Şəkər əlavə edilmədən içilir. Ailə məclislərində və qonaqlıqlarda verilir. Mənşə yerinin Yəmən olduğu təxmin edilir. YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Ərəb qəhvəsi necə hazırlanır?

Üyüdülmüş Arabica lobya istifadə edilir. Su ilə bişirilir. Bəzi reseptlərdə mixək, qızılgül suyu və zəfəran əlavə edilir.
Məmulatlar:
3 stəkan su, 3 xörək qaşığı qəhvə lobya, 1 xörək qaşığı kardamon
Hazırlanması: Ərəb qəhvəsi üçün əvvəlcə qəhvə dənələri üyüdülür. Qəhvə dənələri türk qəhvəsindən bir qədər iri üyüdülməlidir. Bu vaxt çaydanı qızdırın. Çünki qəhvə öz temperaturunda qalmalı və dəmlənməlidir. Qaynar su töküb isinməyə qoyun. Qəhvə əlavə edərkən suyu boşaltmaq lazımdır.

Suyu və qəhvəni çaydana tökün və aşağı istilikdə qaynamağa qoyun. Qəhvənin qaynamaması üçün daim qarışdırın. Qəhvə köpüklənməyə başlayanda ocağı söndürün və köpüyün çıxmasını gözləyin. Köpük çəkiləndə yarım qaşıq hil əlavə edib yenidən ocağın üstünə qoyun. Yenidən qaynamasını gözləyin. Qaynayan qəhvəni termosa tökün. Ağzını bağlayın və 1 saat dincəlməyə qoyun. 1 saatdan sonra qəhvəni kiçik fincanlara töküb süfrəyə verə bilərsiniz. Nuş olsun.
Ərəb qəhvəsi ümumiyyətlə Mirra qəhvəsi ilə birlikdə xatırlanır. Mirra qəhvəsi ərəb qəhvəsinə bənzəsə də, fərqli qəhvələrdir. Mirraya başqa ədviyyatlar qatılmır və uzun müddət bişirilir.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
