Bu gün:

Aura rəngləri və mənaları


Aura nədir?

Aura bədənimizi mənfi enerjilərdən qoruyan bir qalxan rolunu oynayır. Başqa sözlə, bədəni əhatə edən maqnit sahəsidir və hər bir insanın, hətta hər bir obyektin aurası var. Auralar emosional vəziyyətlərdən asılı olaraq dəyişir. Xoşbəxt olduğunuzda rəngarəng və qırılmayan auralar bədbəxt olduğunuz zaman boz və qırıq bir görünüşə sahibdirlər. Emosional vəziyyətdən təsirlənən auralara ətraf mühit faktorları da çox təsir edir. Bildiyiniz kimi, biz gün ərzində çox insanla ünsiyyətdə oluruq. Bu vəziyyət o insanlarla enerji mübadiləsi aparmağımıza səbəb olur. Enerji mübadiləsi apardığımız insanlar auralarımıza ciddi təsir göstərə bilər.

• Qırmızı

Qırmızı aurası olan insanlar səyahəti, yeməyi və macəranı sevirlər. Eyni zamanda, bu aura rənginə sahib insanlar çox tez qəzəblənə bilirlər. Həyatı sevən bu insanlar bir az eqoist ola bilər və özlərini çox sevə bilərlər. Ümumiyyətlə, qırmızı aura rəngi olan insanlar liderdir.

• Yaşıl

Yaşıl aura rəngli insanlar yüksək yaradıcı intellektə malikdirlər. Bu aura rənginə sahib kişilər öz məntiqləri ilə yaşayırlar. Qadınlar isə daha ahəngdar və sevimli insanlardır. Bu insanlar yeni şeylər kəşf etməkdən həzz alırlar və həmişə qərarlarının arxasında dayanırlar. Bu aura rənginə sahib insanlar uğurlu iş adamları ola bilərlər.

• Narıncı

Narıncı aura rəngli insanlar sosial, səxavətli və mehriban təbiətə malikdirlər. Bu insanlar dostlarına böyük əhəmiyyət verir, ünsiyyətdən həzz alır və danışmağı sevirlər.

• Sarı

Sarı aura rənginə sahib olan şəxslər çox yüksək səviyyədə analitik düşünmə qabiliyyətinə malikdirlər. Bu insanlar işləməyi və düşünməyi sevirlər. Sarı aura rəngi olan insanlar işkolik kimi təsvir edilə bilər.

• Mavi

Mavi auralı insanlar xəyalpərəst, sənətkar, sadəlövh xüsusiyyətləri ilə seçilir. Ancaq bu aura rəngi çox az adamda görülür. Güclü emosiyalara malik olan bu insanlar izdihamlı yerlərdə olmağı sevmirlər. Güclü ünsiyyət qabiliyyətinə malik olan bu insanlar bəzən çox həssas ola bilirlər.

• Bənövşəyi

Bənövşəyi aura rəngi olan insanlar həmişə çox yüksək enerjili və çox sadiqdirlər. Güclü intuisiyaya malik olan bu insanlar nə baş verdiyini və niyə baş verdiyini qısa zamanda anlaya bilirlər.

• Çəhrayı

Çəhrayı aurası olan insanlar introvert və sakitdirlər. Bu insanlar utancaq təbiətləri ilə seçilir və sevgi onlar üçün çox önəmlidir.

• Gümüşü

Gümüşü aurası olan insanlar güclü intuisiyaya və geniş təsəvvürə malikdirlər. Ətrafındakılarda güvən yaradan, dürüstlükləri ilə seçilən bu insanların xəyalları da çox önəmlidir.

• Qızılı

Bu rəng aurası olan insanlar istedadlı və məsuliyyətlidirlər. Gözəlliyi və cazibədarlığı ilə seçilən bu insanlar çox yaxşı dinləyici olmaları ilə tanınırlar. Eyni zamanda, bu insanlar çox sakit və səbirlidirlər.

Mənbə: Onedio

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et