Dünyanın ən çox ziyarət edilən turistik yerlərindən biri olan Eyfel qülləsi hər il təxminən iki milyon ziyarətçiyə ev sahibliyi edir. Parisin simvolu halına gələn bu qüllə 1887-1889-cu illər arasında keçirilən Ümumdünya Sərgisi üçün Fransız İnqilabının yüzilliyini qeyd etmək üçün tikilib.
1988-ci ildə keçiriləcək yarmarka üçün əvvəlcə Barselonada inşa edilməsi nəzərdə tutulan qüllə bu tələb təsdiq olunmadığı üçün Parisdə Sena çayının kənarında inşa edilib. Eyfel qülləsi adını onu dizayn edən və tikən Gustave Eiffeldən alıb.
Eyfel qülləsinin açılış mərasimi 1889-cu il martın 31-də keçirilib və mayın 6-da fəaliyyətə başlayıb. 18.038 ədəd dəmirdən istifadə edilərək tikilən qüllənin tikintisində 3000-ə yaxın işçi çalışıb. Tikinti zamanı ehtiyat tədbirləri görülsə də, fəhlə ölümünün qarşısını almaq mümkün olmayıb.
Tamamilə dəmirdən olan qüllənin çəkisi 10 min ton civarındadır. Bu gün Eyfel qülləsi yeddi ildən bir 25 nəfərlik bir qrup tərəfindən 15 ayda 60 ton boyadan diqqətlə istifadə edilərək rənglənir.
Təxminən 324 metr hündürlüyündə olan qüllə 81 mərtəbəli binaya bərabərdir. 1887-ci ildə inşa edilən Eyfel qülləsi, 1930-cu ildə inşa edilən Chrysler binasına qədər "dünyanın ən hündür abidəsi" olma xüsusiyyətini daşıyıb.
Eyfel qülləsi hazırda Fransanın 5-ci ən hündür binasıdır. Araşdırmalara görə indiyədək Eyfel qülləsində 400-ə yaxın insan intihar edib. Ölümlə nəticələnməyən və ya qarşısı alınan minlərlə intihar cəhdi də var. 1887-ci ildə cəmi 20 illik icazə ilə inşa edilən qüllə 1909-cu ildə çox hündür olduğu üçün sökülməyib və trans-Atlantik ilə ünsiyyət imkanı təqdim edib. Onun ən böyük yardımı Birinci Dünya Müharibəsində Fransa ordularına rabitə şəbəkəsi təqdim etməklə verilib.
Dərinliyi 125 metr, eni 25 metr olan qüllənin 1665 pilləsi var. Bundan əlavə, 3 mərtəbəli baxış bölməsi olan qüllənin hündürlüyü 300 metr olsa da, antenna ilə hesablandıqda 324 metri keçir.
Mənbə: Elite world
Tərcümə etdi: Aynur Mikayılova
