Bu gün:

Şişkinlik nədən olur?


Şişkinlik, xüsusilə, qadınlarda rast gəlinən və həyat keyfiyyətini aşağı salan əhəmiyyətli bir problemdir. Mədə və bağırsaqlarda bəzi qazların əmələ gəlməsi normal və sağlamdır. Ancaq uzun müddət davam edən mədə və qarın şişməsi ciddi sağlamlıq probleminin əlaməti ola bilər.

Cəmiyyətin böyük bir hissəsini əhatə edən mədə və bağırsaq şişkinliyinin bir çox fərqli səbəbləri ola bilər. 

Bədəndə həmişə faydalı bağırsaq və mədə bakteriyalarının yaratdığı qazlar olur. Bu miqdarda qaz nə sağlamlığa mənfi təsir göstərir, nə də insanları narahat edir. Lakin orqanizmdə qazın miqdarı artdıqda və orqanizm bu qazı boşaltmaqda çətinlik çəkdikdə həzm sistemindəki artıq hava orqanların divarlarında gərginliyə səbəb olur. Mədə və bağırsaqlar kimi həzm sistemi orqanlarındakı bu divar gərginliyi sinir uclarını stimullaşdırır, nəfəs darlığı, ürək döyüntüsü, nəzarətsiz geğirmə, tez-tez geğirmə, nizamsız defekasiya, qarın ağrısı və partlayacaq kimi hiss edilən şişkinliyə səbəb olur.

Davamlı qarın şişməsinə səbəb nədir?  

Həzm problemləri, yanlış qidalanma vərdişləri, yeməkdən sonra hava udma, laktoza qarşı dözümsüzlük və ya qlütenə qarşı həssaslıq kimi həzm sistemi problemləri qarın şişməsinə səbəb ola bilər. 

Bundan əlavə, şişlər, bağırsaq maneələri, mayenin yığılması (turşu və ya qan), qəbizlik və irritablı bağırsaq sindromu (İBS) kimi daha ciddi sağlamlıq problemləri də qarın şişməsinə səbəb ola bilər.

Mənbə: medicalpark
Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et