Yer atmosferinin müxtəlif qazlardan ibarət dörd təbəqəsi səmanın tərkibini təşkil edir. Atmosferin təbəqələri troposfer, stratosfer, mezosfer və termosferə bölünür. Atmosferin bölünməsi temperaturun dəyişməsinə görə baş verir.
Azot və oksigen atmosferdə olan iki əsas qazdır. Azot Yer atmosferinin 7 faizini, oksigen isə 21 faizini təşkil edir. Bir neçə başqa qaz da var, lakin onlar ümumi qazın çox kiçik bir hissəsini təşkil edir. Atmosferdə tapılan qazların daha kiçik bir qrupu istixana qazlarıdır. Karbon dioksid bu qrupdan ən əhəmiyyətli qazdır. Həddindən artıq istixana qazları yer kürəsinə zərər verə bilər, çünki onlar qlobal istiləşməyə kömək edir, lakin qazlar lazımi nisbətdə olduqda, yerin istiləşməsinə kömək edir ki, sakinləri rahat yaşaya bilsinlər.
Troposfer Yerə ən yaxın atmosfer təbəqəsi, havanın baş verdiyi yerdir. "Troposfer" sözü "açmaq və ya dəyişmək" mənasını verən "tropein" sözündəndir. Troposfer yer səthindən təxminən yeddi mil hündürlükdə uzanır və 1000 ilə 200 millibar (atmosfer təzyiqinin ölçüsü) arasında təzyiq diapazonuna malikdir. Troposferdə hündürlük artdıqca temperatur azalır. Küləyin hündürlüyü ilə artır. Nəm konsentrasiyası hündürlüklə azalır. Oksigen aşağı sıxlığa malik olduğu üçün troposferdən yuxarı heç bir təbəqədə yaşaya bilməz.
Mənbə: 411 answers
Tərcümə etdi: Zəhra Niftiyeva
