Bu gün:

Göz təzyiqi (qlaukoma) nədir?


Xalq arasında "göz təzyiqi" və ya "qara su xəstəliyi" olaraq da bilinən qlaukoma artan göz içi təzyiqi nəticəsində optik sinirin zədələnməsi prosesidir. Erkən diaqnoz qoyulub müalicə edilmədikdə daimi görmə itkisinə səbəb olan ümumi bir göz xəstəliyidir. 

Normal şəraitdə gözlərimizdə "sulu maye" olaraq da bilinən bir maye var və bu göz içi mayesi eyni vaxtda bəzi yollarla (trabekulyar şəbəkə) gözü tərk edir. Qlaukoma xəstəliyində göz içi mayesinin çıxış yolunda adi gözlə görülməyən tıxanma yaranır və nəticədə bu artan göz içi maye göz içi təzyiqinin artmasına səbəb olur. Artan göz içi təzyiqi görmə siniri olaraq da bilinən təzyiq vasitəsilə gözü zədələyir və sinirin geri dönməz zədələnməsinə səbəb olur.

Qırx yaşdan sonra tezliyi artan bu məkrli xəstəliyin ən çox yayılmış növü "ilkin açıq bucaqlı qlaukoma"-dır və görmə itkisi baş verdikdən sonra geri dönüşü olmadığı üçün xəstəliyə erkən diaqnoz qoyulması çox vacibdir.

Oftalmoloq tərəfindən başqa bir səbəbdən (məsələn, eynək reseptinin dəyişdirilməsi) həyata keçirilən müntəzəm göz müayinəsi zamanı tamamilə təsadüfən aşkar edilən intraokulyar təzyiqin anormal artması göz təzyiqinin ilkin əlaməti ola bilər.

Qlaukoma təkcə gözdaxili təzyiqin artması deyil, həm də bu artımla müşayiət olunan optik sinirin zədələnməsi və görmə sahəsinin itirilməsi ilə nəticələn haldır. Təkcə göz içi təzyiqinin artması diaqnoz qoyulmasına səbəb olmur.

Mənbə: acibadem.com

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et