Zeuqma Qədim şəhərindəki Poseidon villasının hovuz döşəməsinə aid olan Axilles mozaikasının eramızın 2-3-cü əsrlərinə aid olduğu bildirilir.
Adadakı əsər hazırda Zeuqma Mozaika Muzeyində sərgilənir. Dalğa motivləri ilə haşiyə olunmuş mozaikanın mərkəzində Troya müharibəsi zamanı Axeylərin ən böyük qəhrəmanı Axilles yerləşir. Burada Axillesin Odissey tərəfindən Skyros adasında kral Likomedin sarayında tapıldığı anı təsvir edilir.
Mifoloji hekayəyə görə, Axilles anası və atası tərəfindən Skyros adasına, kral Likomedin sarayına göndərilir. onun Troya müharibəsində iştirakını istəməyənlər var idi. Ona görə dı Axilles sarayda qadın paltarı geyinərək padşahın qızları ilə yaşamağa başlayır. Axeylilərin kahini Kalxasın Axillesin ekspedisiyaya qatılmadığı təqdirdə Troyanı ələ keçirmək mümkün olmadığını bildirməsi ilə Odissey Axili axtarmağa gedir. O, Skyrosa gələndə özünü səyyar satıcı qiyafəsində gizlədir və Lykomedesin hərəminə girir. Bağçasını qadınların qarşısında açanda çoxlu parça arasından bir neçə qiymətli silah da çıxarır. Hərəmxanadakı bütün qadınlar zinət əşyaları və parçalarla maraqlandığı halda, qadın paltarı geyinmiş Axilles müqavimət göstərə bilməyib silahları əlinə alır və həvəslə istifadə edir. Beləliklə, o, kimliyini ortaya qoyur. Odissey onun arxasınca gedir və onu Axey ordusunun toplaşdığı yerə aparır. Axilles döyüşdə dabanına dəyən ox səbəbindən ölür.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
