12 heyvandan ibarət təqvimə görə hesablanan Çin yeni ili və ya bahar bayramı adlanan bu xüsusi dövr hər ilin ilk yeni ayı ilə tam ayı arasında qeyd olunur. Yeni ilin başlanğıcı yanvarın 21-dən fevralın 21-i arasında yeni aya düşür. 12 müxtəlif heyvanın sadalandığı təqvimdə hər il bir heyvanın təmsil olunduğu və bu heyvanların xarakterik xüsusiyyətləri olduğu güman edilir. 10 fevral 2024-cü ildə başlayacaq əjdaha ilindən sonra 2025-ci ildə ilan, 2026-cı ildə at, 2027-ci ildə keçi, 2028-ci ildə meymun, 2029-cu ildə xoruz, 2030-cu ildə it, 2031-ci ildə donuz, 2032-ci ildə siçan, 2033-cü ildə öküz ili qeyd olunacaq.
Çin təqviminində sadalanan 12 heyvan müvafiq olaraq hər yeni ilə öz adlarını verir. Həmin il doğulanların xarakterləri və bəxt dövrləri də ilin xüsusiyyətlərinə görə qiymətləndirilir. Bu ilki rəqəm, əjdaha Yang qrupuna düşür: Güc və cəsarət xüsusiyyətlərinə malikdir. Əjdaha ilində doğulanlar: idealist, mükəmməllikçi, əyilməz və özünü dərk edən hesab olunurlar. Əgər Çin təqvimininə görə, əjdaha ilində (1916, 1928, 1940, 1952, 1964, 1976, 1988, 2000, 2012, 2024) anadan olmusunuzsa, bürcünüz əjdahadır. Əjdaha ilində doğulanların şanslı, özlərinə meylli, yaradıcı, sənətkar, mənəvi və xarizmatik olduqlarına inanılır. Əjdaha:Qanadları olan, ağzından alov atma gücünə malik, uça bilən əfsanəvi bir canlıdır. Türk və Çin inanclarında, ümumiyyətlə, bərəkət, bolluq və yaxşılıq simvolu olaraq görülür.
Mənbə: Oggusto
Tərcümə etdi: Fatimə Şükürova