
Otaqda kaktusun olmasının faydaları:
Qapalı yer və ya açıq havada bəzək məqsədləri üçün istifadə edilən kaktus bitkisi Amerikada bəzən qida olaraq istifadə edilir. Kaktusun meyvələri və yarpaqları müalicəvi məqsədlə bir çox ölkələrin süfrələrində öz yerini tutur. Kaktus bitkisinin 10 faydası:
1. Radiasiyanın qarşısını alır
Telefon, planşet və televizor kimi radiasiya yayan cihazlardan qorunmaq üçün otaqlarda kaktus olmalıdır.
Radiasiyanın bədənə vurduğu zərərin qarşısını almaq gücünə malik olduqları üçün otaqların künclərində kaktus bitkiləri yerləşdirə bilərsiniz.
2. Stressi azaldır
Kaktusun istifadə edilə bilən çiçəkləri çay kimi içildikdə zehni rahatladır. Otaqdakı enerjini yenilədiyi üçün bir çox insanın daha sakit və narahat olmadan vaxt keçirməsinə kömək edir.
Evdə kaktus saxlasanız, stressdən uzaqlaşa bilərsiniz.
3. Mədə problemlərini həll edir
Kaktusun mədə problemlərini necə həll edə biləcəyindən narahat olanlar üçün kaktusun meyvələrindən danışa bilərik.
Bəzi kaktuslar iri və meyvəlidirlər. Tikanlı armud adlanan meyvələr sayəsində mədə problemlərinin qarşısı alına bilər. Bu meyvə xüsusilə Aralıq dənizi əyalətlərində çox tez-tez istifadə olunur. Mədə problemi olanlar kaktus meyvəsini etibarlı mənbələrdən əldə edə bilərlər.
4. Daxili rütubət balansını saxlayır
Sağlam tənəffüs sistemi üçün vaxt keçirdiyimiz otaqlar nəmli qalmalıdır. 50% rütubətli otaqlarda burun tıxanıqlığı baş vermir. Bu rütubəti tarazlaşdırmaq üçün istənilən ölçüdə kaktuslar alıb otaqda yerləşdirə bilərsiniz. Bəzən televizor qurğusunun üzərinə, bəzən də divanların arasındakı künclərə yerləşdiriləcək kaktuslar sayəsində daha rahat nəfəs almaq mümkündür.
5. Qan şəkərini balanslaşdırır
Qəfil aclıq, başgicəllənmə və yorğunluq kaktusla müalicə edilə bilər. Çünki qan şəkəri tənzimlənəcək. Qan şəkərini balanslaşdırmaq üçün qida olaraq kaktus və meyvələri seçməyə diqqət edin.
6. Pis enerjini təmizləyir
Əsrlər boyu evdə olan kaktusların enerjini yenilədiyi barədə şayiələr var. Bu hələ elmi cəhətdən sübut edilmiş nəticə olmasa da, kaktus yetişdirmək və onun böyüməsinə şahid olmaq mənfi emosiyaları silir. Evdəki yaşıl gövdəli, tikanlı və ya çiçəkli kaktuslar sayəsində müsbət enerjilər hiss oluna və ailə üzvləri bu enerjidən faydalana bilərlər.
7. Otaqda həşəratların qarşısını alır
Faydaları ilə diqqət çəkən kaktus həşəratların düşməninə çevrilir. Yarpaqlarında olan tikan və minerallar sayəsində həşəratların evə girməsinin qarşısını alır. Balkonda və ya pəncərənin qarşısında kaktus yetişdirərək evinizi milçəklərdən və həşəratlardan qoruya bilərsiniz.
8. Antioksidant quruluşa malikdir
Qeyd etmək lazımdır ki, meyvələri və yarpaqları istifadə edilə bilən kaktuslar antioksidan xüsusiyyətlərə malikdir. Antioksidant xüsusiyyətə malik olan kaktus meyvələri sayəsində orqanizmin təmizlənməsi asanlaşır. Amerikada arıqlamaq üçün xüsusilə meyvəli kaktuslar və yarpaqlı kaktuslar istifadə edilir. Maddələr mübadiləsini sürətləndirir.
9. Xolesterolu balanslaşdırır
Kaktuslar sayəsində xolesterin səviyyələri nəzarət altında saxlanılır. Xolesterol səviyyələriniz çox yüksəkdirsə, həkiminizlə məsləhətləşərək yeməklərinizə kaktus meyvələri və ya yarpaqları daxil edilə bilər.
Qanın təmizlənməsinə kömək edən bu bitki sayəsində xolesterin səviyyəsi daha sağlam səviyyələrə çata bilər.
10. Dəri problemlərini sağaldır
Bəzi kosmetik şirkətlər məhsullarında kaktus yarpaqlarından və çiçəklərindən istifadə edirlər.
Bir çox nəmləndirici, hüceyrə bərpası və ləkələri aradan qaldıran kremlərin tərkibində kaktus ekstraktı var. Bu sayədə dəri problemləri üçün yeni bir həll diqqəti cəlb edir. Tərkibində antioksidantlar və yüksək minerallar olan kaktus sayəsində dərinizə daha yaxşı qulluq edə bilərsiniz.
Mənbə: nefisyemektarifleri
Tərcümə etdi: Aysel Qasimova
