İntihar, ölmək niyyəti ilə özünə xəsarət yetirməsi nəticəsində yaranan ölümdür. İntihar cəhdi bir insanın həyatına son qoymaq niyyəti ilə özünə zərər verməsi, lakin hərəkətləri nəticəsində ölməməsidir.

Bir çox amillər intihar riskini artıra və ya ondan qoruya bilər. İntihar yaralanma və zorakılığın digər formaları ilə əlaqələndirilir. Məsələn, uşaq istismarı, zorakılıq və ya cinsi zorakılıq da daxil olmaqla, zorakılığa məruz qalmış insanların intihar riski daha yüksəkdir. Ailə və icma dəstəyi ilə bağlı olmaq və səhiyyə xidmətlərinə asan çıxış əldə etmək intihar düşüncələrini və davranışlarını azalda bilər.
2000-2021-ci illər arasında intihar nisbətləri təxminən 36% artıb. İntihar 2021-ci ildə 48,183 ölümə səbəb olub ki, bu da təxminən hər 11 dəqiqədə bir ölüm deməkdir. İntihar haqqında düşünən və ya intihara cəhd edənlərin sayı daha da çoxdur. 2021-ci ildə təqribən 12,3 milyon amerikalı böyüklər intihar haqqında ciddi düşünüb, 3,5 milyonu intihara cəhd edib, 1,7 milyonu isə intihara cəhd edib. İntihar və intihar cəhdləri ciddi emosional, fiziki və iqtisadi təsirlərə səbəb olur. İntihara cəhd edən və sağ qalan insanlar sağlamlıqlarına uzunmüddətli təsir göstərə biləcək ciddi xəsarətlər ala bilərlər. Onlar həmçinin depressiya və digər psixi sağlamlıq problemləri ilə üzləşə bilərlər.
İntihar və intihar cəhdləri dostların, yaxınların, iş yoldaşlarının və cəmiyyətin sağlamlığına və rifahına təsir edir. İnsanlar intihar edərək öləndə, onların sağ qalan ailəsi və dostları uzun müddət kədər, şok, qəzəb, günah, depressiya və ya narahatlıq əlamətləri və hətta intihar düşüncələri ilə qarşılaşa bilərlər.
Mənbə : CDC
Tərcümə etdi: Dəniz Quliyeva
