Bu gün:

Hünnap meyvəsinin faydaları



• Tərkibindəki A və C vitaminləri immunitet sistemini qorumağa kömək edərkən tərkibindəki B3 vitamini sinir sisteminin sağlam inkişafını təmin edir. 


• Qan dövranının tənzimlənməsində mühüm rol oynayır


• Zəngin bir antioksidan mənbəyidir və xərçəng və bir çox başqa xəstəliklərin sağalma prosesinə müsbət təsir göstərir


• Dəri sağlamlığının qorunması və gözəlləşdirilməsində çox təsirlidir


• Ən az 10 adamdan birində rast gəlinən qəbizlik problemindən asan qurtulma təmin edərək ifrazat sistemini tənzimləyir


• Tərkibindəki bol kalsium və maqnezium sayəsində sümükləri və əzələləri gücləndirir 


• Tərkibindəki yüksək miqdarda kalium sayəsində ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunur 


• Bronxit, astma, sidik yolları və müxtəlif damar xəstəlikləri ilə mübarizə aparır


• Soyuqdəymə və qripin müalicəsində istifadə olunur 


• Xolesterolu və qan yağlarını əritməyə kömək edir 


• Lif və karbohidratlarla zəngindir və maddələr mübadiləsini sürətləndirən xüsusiyyətlərə malikdir


Tərkibindəki yüksək miqdarda vitamin və minerallarla insan sağlamlığına çox faydalı olan, bir çox xəstəliklərin müalicəsində faydalı olduğu müşahidə edilən və faydalı faktor olan payızın şəfalı ləzzəti olan hünnə meyvəsini tanımalısınız.


Mənbə:npistanbul


Tərcümə etdi:Nailə Hadizadə

Paylaş
Şərh əlavə et