Təzə əncirin faydaları.
Yüksək miqdarda kalium ehtiva edir və ürək sağlamlığını qoruyur.
• Tədqiqatlar göstərir ki, əncir iltihaba səbəb olan sitokinləri azaltmaqla alzheimer xəstəliyi riskini azaldır. Yaddaş gücləndirici təsirə malikdir.
• Yüksək lif tərkibi ilə həm həzm sistemi, həm də immunitet sistemi üçün çox faydalıdır.
• Klimaks dövründə qadınların hormonlarını tarazlaşdırmaq və immunitet sistemini qorumaq üçün xüsusilə vacibdir.
• Əsrlər boyu qocalma əleyhinə təsiri ilə qadınların vazkeçilməzləridir. Sızanaq problemlərinə yaxşı təsir göstərir.
• K vitamini və kalsium baxımından çox faydalı bir meyvə olduğu üçün sümüklərin möhkəmliyi üçün qida rasionuna əlavə edilməlidir.
Qurudulmuş əncirin faydaları:
Quru əncirin tərkibindəki lif təzə əncirdən daha yüksək olduğu üçün həzm sistemi və qəbizlik kimi xəstəliklərə yaxşı gəlir.
• Antioksidan xüsusiyyəti sayəsində xəstəliklərə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.
• İmmunitet sistemi və həzm sistemi üçün faydalıdır. İmmunitet sistemini qoruyur və onun güclənməsinə kömək edir.
• Tərkibindəki natrium sayəsində hipertoniya kimi xəstəliklərə xeyirlidir.
• Xərçəng hüceyrələrinin yayılmasını ləngidir.
• Məhv edilmiş hüceyrələrin təbii yolla bədəndən çıxarılmasına kömək edir.
Mənbə:npistanbul
Tərcümə etdi:Nailə Hadizadə
