Yetkinlik, menstruasiya, hamiləlik və menopoz zamanı genetik və dəyişkən androgen hormon səviyyələri sızanaqların yaranmasına şərait yaradan iki əsas faktordur. Doğuşa nəzarət həbləri, litium və kortikosteroidlər kimi müəyyən dərmanların qəbulu da insanları sızanaqlara qarşı həssas edə bilər.
Əgər siz artıq buna meylli deyilsinizsə, stress sizdə sızanaq yaratmır, lakin müəyyən hormonların səviyyəsinin müvəqqəti artmasına səbəb olaraq sızanaq halları nəinki yarana hətta ciddi problem ola bilər.
Dr. Minni deyir: "Mübarizə reaksiyanız işə salındıqda, bədən kortizol və androgenlər kimi stress hormonlarını buraxır ki, bu hormonlar da dərinizin yağ istehsalını artırır, bu da sızanaqları şiddətləndirə bilər."
Stress narahatlıq və qorxu həmçinin sitokinlərin, iltihabını artıran kiçik zülalların, o cümlədən yağ bezlərinin ətrafındakı bölgənin iltihabını, yağ istehsal edən bezlərin istehsalını dəstəkləyərək sızanaqları pisləşdirə bilər.
Bəzi insanlar siqaret çəkməyə üz tuturlar ki, bu da ləkələrin artması nəticələnir. Digərləri stresli olduqları zaman dərilərinə zərər verirlər ki, bu da ləkələri daha da qıcıqlandırır, iltihabı artırır.
Mənbə: wedern.com
Tərcümə etdi: Bənövşə Bağırova
