Bu gün:

Bədəninizə qulaq asın


Bədəninizin sizə verdiyi mesajları dinləyirsinizmi?  Özünüzü ləng hiss edirsiniz, saçlarınız tökülür, yoxsa dəriniz solğundur? Ani arıqlama və ya heç vaxt dayanmayan öskürək varmı? Bu suallara cavabınız bəlidirsə, bu, bədəninizin sizi xəbərdar etdiyini bildirir.

Vücudunuzdakı bəzi xəbərdarlıqlar sizə həkimə getməyiniz lazım olduğunu söyləyə bilər. Bu stimullar həm də ciddi xəstəliklərin əlaməti ola bilər. Yorğunluq, uzun sürən öskürək, dırnaqların soyulması kimi sizə sadə görünən xəstəliklərin erkən diaqnoz üçün çox əhəmiyyətli olduğunu vurğulayan Daxili Xəstəliklər Mütəxəssisi Dr. Arzu Güntürk “Vücudunuzun sizə verdiyi mesajlara qulaq asın” deyə xəbərdarlıq edib.

Əlamətlər

Mütəxəssis  Dr. Güntürk ciddiyə almalı və vaxt itirmədən həkimə müraciət etməli olduğunuz simptomlara diqqət çəkdi... Həmin simptomları təqdim edirik:

Ayaqlarınız şişir?

 Ödem adlanan vəziyyət;  Ürək, böyrək və qalxanabənzər vəz kimi orqanlardakı pozğunluqlar səbəbindən baş verə bilər. Ayaqlarda şişkinlik ürək və böyrək çatışmazlığı zamanı və qalxanabənzər vəzinin həm az, həm də çox fəaliyyət göstərdiyi hallarda baş verə bilər. Ayağın şişməsinin davamlı olub-olmaması, temperaturla əlaqəsi və şiddəti haqqında fikir verir. Damarlarda pozuntular səbəbindən ödem də baş verə bilər.  Erkən diaqnoz üçün bu orqanlarda müayinələrin aparılması məqsədəuyğun olardı.

Əgər halsız hiss edirsinizsə, keçər deməyin

Yorğunluq çox ümumi bir simptom olsa da, bir çox xəstəliklərdə ən çox rast gəlinən əlamətdir. Əsas səbəblər: Müxtəlif infeksiyalar, vitamin çatışmazlığı, qan azlığı, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, qalxanabənzər vəzi xəstəlikləri və xərçənglər yarana bilər. Digər simptomların mövcudluğundan asılı olaraq, diferensial diaqnozda daha spesifik bir yol izlənilə bilər.

Mənbə: Hürriyet

Tərcümə etdi: Məryəm Məmmədova


Paylaş
Şərh əlavə et