Bu gün:

Baş Ağrıları


Baş Ağrıları

Baş ağrıları müxtəlif səbəblərdən yaranır. Bunları belə sadalamaq olar: 1. Həddindən artıq yeməkdən sonra və ya aclıqdan yaranan baş ağrıları. 2. Göz, qulaq və ya burun xəstəliklərindən yaranan baş ağrıları. 3. Febril xəstəliklərdən qaynaqlanan baş ağrıları. 4. Spirtli içkilərin səbəb olduğu baş ağrıları. 5. Baş nahiyəsində qırıqlar, çürüklər, çatlar və ya sarsıntılar nəticəsində yaranan baş ağrıları. 6. Beyin şişlərinin səbəb olduğu baş ağrıları. 7. Qəhvə içənlərdə qəhvəyə fasilə verdikdə yaranan baş ağrıları. 8. Qəbizlikdən əziyyət çəkən insanlarda görülən baş ağrıları. 9. Epilepsiya xəstələrində baş ağrıları müşahidə olunur. 10. Şokolad, sarımsaq, kələm, yaşıl bibər və qoz-fındıq yedikdən sonra yaranan allergik baş ağrıları. 11. Menenjitin səbəb olduğu baş ağrıları. 12. Böyük miqdarda şəkərli qidaların qəbulu nəticəsində yaranan baş ağrıları. 13. Diş xəstəliklərinin səbəb olduğu baş ağrıları. 14. Həddindən artıq iş və zehni depressiya nəticəsində yaranan baş ağrıları. Baş ağrısının əsl səbəbini tapmaq üçün həkimə müraciət etmək lazımdır.

 Bəşəriyyət hələ də beynin sirlərini tam olaraq aça bilməyib. Aça bilmədikləri sirləri müəyyən dərəcədə Mikelancelonun tablosundakı mistik, ilahi obrazla izah etməyə çalışırdılar. Baş ağrıları, eləcə də beyin tam izah edilməmişdir. Digər tərəfdən ağrı klinikalarına ən çox müraciət edən xəstələr baş ağrısından şikayət edənlərdir. Baş ağrılarını geniş şəkildə iki yerə ayıra bilərik.

 1- Birbaşa Beynin Xəstəliklərindən Olan  Ağrılar

 2- Dolayı Yolla Yaranan Baş Ağrıları

 Birinci qrup: Beynin birbaşa xəstəliyi var. Misal üçün : beyin şişləri. Başın içərisində böyüyən şişlər beyinə təzyiq edir və baş ağrılarına səbəb olur. Başın daxilində yaranan bəzi beyin qanaxmaları zamanla böyüyür, beyinə təzyiq edir və baş ağrılarına səbəb olur. Miqren adlanan baş ağrıları beyin damarlarının ani daralması və rahatlaması nəticəsində yarana bilər. Bütün bu səbəblər birbaşa beynin öz quruluşundan qaynaqlanır. Burada vacib olan, bu qrupdakı baş ağrılarının son dərəcə əhəmiyyətli səbəblərdən qaynaqlanmasıdır. Onlara diaqnoz qoyulmazsa və müalicə olunmazsa, pis nəticələr, o cümlədən xəstənin ölümü baş verə bilər.

 İkinci qrup: Bu qrupda beyin bütövdür. Başda baş ağrısına səbəb olacaq heç bir xəstəlik yoxdur. Baş ağrıları tamamilə beyindən kənar səbəblərdən qaynaqlanır. Sırf psixoloji və nevroloji səbəblərdən yaranır. Əzələlərin daralması üz, boyun və baş əzələlərinin həddindən artıq yığılması ilə əlaqədardır. Başqa sözlə, hadisə beynin üzvi quruluşundan tamamilə kənardadır. Ona görə də birinci qrup kimi riskli deyil. Baş ağrısında əhəmiyyətli şey ilk ağrının hansı qrupda düşdüyünü müəyyənləşdirməkdir.


Mənbə : medicana. com. tr

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et