Bu gün:

Salvador Dali


Salvador Dali 1904-cü il mayın 11-də anadan olub. Avtoritar və sərt atanın və mehriban ananın oğlu olan Salvador Dali anası tərəfindən bir qədər şıltaqlaşdırılmışdır. Atası notarius olan Salvador Dali nənəsi, bibisi və bacısının əhatəsində böyüyüb. Salvador Dalinin bədii tərəfi anası tərəfindən dəstəklənirdi. Anasını döş xərçəngindən vəfatı sənətçi üçün böyük itki olub. Salvador Dali Pikasso ilə tanış olduqdan, məktəbi hadisəli şəkildə bitirdikdən, rəsm çəkməyə başlayandan və bir-birinin ardınca müxtəlif əsərlərə imza atdıqdan sonra onun əsl şöhrəti 1931-ci ildə “Yaddaşın davamlılığı” əsəri ilə gəldi.


Qala adlı qadınla eşq yaşamağa başlayıb və bir müddət sonra ailə həyatı qurub. Salvador Dali bütün dünyada məşhurlaşdı və çoxlu əsərlər yaratdı.  İspan sənətçi 1982-ci ildə sevimli həyat yoldaşının ölümündən çox təsirləndi və həyat sevincini itirdi. Dali 23 yanvar 1989-cu ildə ürək çatışmazlığından vəfat etdi.


Mənbə: Hürriyet
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et