
Kembric Universiteti 1209-cu ildə İngiltərənin Kembric şəhərində yaradılmış dövlət universitetidir və dünyanın dördüncü ən qədim və İngiltərənin ən böyük təhsil müəssisələrindən biridir.
Kembric şəhərinin tarixini, memarlığını və təbii gözəlliklərini özündə əks etdirən məktəb Oksford Universitetini tərk edən akademiklər tərəfindən təsis edilməsi ilə tanınır. Tarixi universitet binaları, muzeyləri, botanika bağları və şəhərə yayılmış kitabxanaları ilə dünyanın hər yerindən beynəlxalq tələbələri cəlb edir.
Kembric Universiteti çox zəngin və füsunkar tarixə malikdir və onun sosial və mədəni maraqları həmişə xaricdə təhsil almaq istəyənlər üçün populyar bir məkan olub. Universitetdə təhsil almaq istəyən tələbələrin müraciət mərhələləri var. Bununla belə, universitetdə təhsil almaq istəyən tələbələrdən müraciət mərhələləri üçün “A” səviyyəli qiymətə malik olmaqla yanaşı, üstün nailiyyətlər və tədqiqatlarla özlərini sübut etmələri tələb olunur.
Universitet qəbul prosesi zamanı tələbələri bir sıra test və imtahanlardan keçir və müvəffəqiyyət qazanan tələbələri müsahibəyə çağırır. 31 kollec və 150-dən çox fakültə, şöbə və institutu olan universitetə yaş məhdudiyyəti qoyulmadan bakalavr və magistraturaya tələbə qəbulu aparılır.
Mənbə: Hotcourses
Tərcümə etdi: Tahirə Bağırzadə
