Bu gün:

Düyünün faydaları nələrdir?


Tərkibindəki zəngin qida dəyərləri sayəsində düyünün insan sağlamlığına bir çox faydası var. Türk mətbəxinin vazkeçilməzi olan bu qida məhsulunun vətəni, əslində, Hindistandır. 

Tarixi minilliklərə gedib çıxdığı üçün Çin mədəniyyətində xüsusi yeri olduğunu deyə bilərik. Xüsusilə, Afrika və Asiya ölkələrində daha çox istifadə olunur. Eyni zamanda, onun istehsalı bu bölgələrdə yerləşən ölkələrdə geniş yayılmışdır. Bu qədər məşhur olan düyünün faydaları gözləniləndən qat-qat artıqdır. 

Nişasta və karbohidratlarla zəngindir. Ona görə də enerji verən qida olduğunu deyə bilərik. Liflə zəngin bir qida olduğundan həzm sisteminin sağlamlığı üçün çox vacibdir. Doymuş yağda az olduğu üçün verdiyi faydalar arasında ürək sağlamlığına da xeyirli olduğunu söyləyə bilərik. 

Düyü plovunun faydaları arasına zərərli yağ və natriumun olmaması və bağırsaq hərəkətlərini tənzimləyə bilən həzm xüsusiyyətlərinə sahib olması daxildir. Qida inqrediyenti olmaqla yanaşı, gözəllik sənayesində də adını qızıl hərflərlə yazmağı bacarıb. 

Asiya və Uzaq Şərq qadınlarının hamar dəri gözəlliyinin sirri bu məhsuldadır. Hətta Uzaq Şərqdə bir çox markada kosmetik məhsul kimi istifadə olunur. Bu bölgələrdə yaşayan insanların əksəriyyətinin dərisinin dar və hamar olmasının səbəblərindən biri də dərilərində düyü tərkibli krem və maskalardan istifadə etmələridir. 

Düyünün tərkibindəki vitaminlər, minerallar və antioksidanların dəri üçün faydalı olduğunu söyləyə bilərik. Düyünün faydaları sayəsində dərinizi təmizləmək və dəri tonunuzu tarazlaşdırmaq mümkündür.
Mənbə: Duru 
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et