
E.ə 2400-cü illərdə Misirdə istehsal edilən papirus əsrlər boyu Misir, Anadolu və Cənubi Avropada bir çox sivilizasiyalar tərəfindən istifadə edilmişdir. Papirusun xammalı Nil çayının sahilində bitən qamışabənzər bitkidir. Qədim Misirdə papirus istehsalı krallığın nəzarəti altında idi. Bunun necə edildiyi sirr olaraq qalırdı. 10-cu əsrdən etibarən çinlilər daha asan və daha ucuz üsullar inkişaf etdirdikdə, papirus tez bir zamanda gözdən düşdü. 1960-cı illərdə misirli bir həkim orijinal papirus texnikasını yenidən kəşf etməyə başladı. Giza yaxınlığındakı süni gölməçədə papirus bitkiləri yetişdirir və onlardan kağız istehsal edirdi. Zaman keçdikcə bu qabaqcıl insanın hərəkətlərini izləyənlər oldu və Misir öz itməkdə olan papirus ənənəsini bərpa etdi. Bu gün Misirin bir çox şəhərlərindən, xüsusən, Luksor və Şarm Əl-Şeyxdən əl istehsalı papirus əldə edə bilərsiniz. Cyperus Papyrus adlanan bitkinin gövdəsi soyulduqdan sonra qalan ağ hissəsi başdan uca hissələrə bölünür. Əzilmiş və üç gün suda qalan parçalar süngər toxuması alır. Bu liflər şaquli və üfüqi təbəqələrlə üst-üstə qoyulur və günəşdə qurudulur. Ağırlıq altında saxlanılan parçalar 21 gündən sonra dayanıqlı yazı materialına çevrilir.
Mənbə:papirus bitki
Tercume etdi:Aynur Mikayılova
