Bu gün:

Hans von Aachen kimdir?


Hans von Aachen (1552-1615)

Alman mannerist rəssamı Hans von Aachen 1552-ci ildə Kölndə anadan olub.

Rəssam ilk sənət təhsilinə holland usta E.Jerrigin rəhbərliyi altında rəsm çəkməklə başlayıb. 1574-cü ildə sənətini təkmilləşdirmək üçün İtaliyanın cənubuna getdi. Roma və Florensiyaya səyahət etdi, lakin sonunda Venesiyada məskunlaşdı. Əvvəlcə Kaspar Remsin tələbəsi oldu.

Daha sonra o, Romaya getdi və burada o dövrdə Almaniyada sənət səhnəsinə hakim olan Bartholomeus Spranger, Hendrick Goltzius və Hans Speckaert-in üslubundan təsirləndi. Bu təsirlər rəssamı Tintoretto və Mikelancelonu və onların varislərini öz mannerist texnikasını inkişaf etdirmək üçün öyrənməyə vadar etdi.

1588-ci ildə Almaniyaya qayıtdı. O, zadəganların portretlərini çəkən yaxşı bir rəssam kimi məşhurlaşdı. Münhendə bəstəkar Orlando di Lassonun qızı Regina ilə evləndi. 1592-ci ildə Müqəddəs Roma İmperatoru II. Rudolfun rəsmi rəssamı təyin edildi. 1601-ci ildə İmperatorun Rəssamlıq Komissiyasında xidmət etmək üçün Praqaya getdi.

O, Peter Isaak və Joseph Heinz üçün usta idi. Onun əsərlərini Volfqanq Kilian, Dominikus Kustos və Yan Sadeler köçürüb.

Mənbə: İstanbul sanatevi.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et