Bu gün:

Maria A Becket kimdir?


Amerikalı rəssam Maria A Becket 1839-cu ildə Portlenddə anadan olub. O, ilk sənət təhsilini kiçik yaşlarında dəmir yolu səyahətlərini özündə əks etdirən “Ağ dağlar” kitabı üçün gündəlik həyat və mənzərələri çəkən atasından almışdır. Əslində mənzərə rəssamı olan və ilk növbədə akvarel boyası ilə məşğul olan rəssam Fransız Barbizon Məktəbindən təsirlənmişdir.

1865-ci ildə Nyu-Hempşirdə Homer Dodge ilə işləyən rəssam 1875-1878-ci illərdə Bostonda William Morris Hunt ilə birlikdə çalışıb. Fransaya qısa bir səfər etdi. Burada Barbizon məktəbinin rəssamlarından biri olan Pont Avendən təsirləndi və yayı Çarlz Daubinni ilə birlikdə rəsm çəkdi.

1866-cı ildə Bekket ailəsi Böyük Portlend Yanğına məruz qaldı. Amerika tarixinin ən dağıdıcı yanğını olan bu fəlakətdə təxminən iki min bina dağıdılıb. Şəhərin on üç min vətəndaşının təxminən on mini evsiz qaldı. Bu faciədən sonra anası Mariya və qardaşı Con katolikliyi qəbul etdilər. Maria və Con soyadlarından ikinci t-ni atdılar və orta əsr katolik şəhidi St Thomas və 'Becket' ilə eyniləşərək 'a' Becket'i qəbul etdilər.

Becket vaxtını Müqəddəs Avqustində keçirərkən, o, geniş şəkildə təhsil almışdır. Yerli “The Tatler” qəzetinin yazdığına görə, o, həm zəkasıyla, həm də bədii istedadı ilə seçilirdi. Becket əsərini Ponce de Leon otelində həftəsonu qala-qəbullarda satdı və burada əla natiq kimi parladı.

Daha sonra Nyu-Yorkda yaşayan rəssam Milli Akademiyada sərgilər təşkil edib. Bu müddətdən sonra rəssam müxtəlif şəhərlərdə sərgilər təşkil etsə də, Nyu-Yorka qayıdıb və bu şəhərdə dünyasını dəyişib.

Mənbə: İstanbulsanatevi

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et