
Rinoplastika, burnun formasını dəyişdirmək üçün edilən cərrahi əməliyyatlara verilən addır.
Rinoplastika əməliyyatının səbəbləri arasında zədədəki deformasiyaların düzəldilməsi, doğuş qüsurunu düzəltmək üçün burnun fiziki görünüşünün dəyişdirilməsi və ya bəzi tənəffüs çətinliklərini yaxşılaşdırmaq və nəfəs almağı asanlaşdırmaq daxildir. Bəzi hallarda həm tənəffüs çətinliyi, həm də fiziki görünüş rinoplastika variantının seçilməsinə səbəb ola bilər.
Rinoplastikaya xas risklər də var. Bunlara burundan nəfəs almaqda çətinlik, burun içində və ətrafında daimi uyuşma, qeyri-bərabər burun, ağrı, rəng dəyişikliyi və ya daimi şişlik, çapıqlar, septumun perforasiyası və əlavə cərrahi müdaxilə ehtiyacı daxildir.
Mənbə:acibadem.com
Tərcümə etdi:Uğur Hacıyev
