Bu gün:

"Qış vaxtı çay" əsəri


Ukiyo-e (Yaponiya tarixində Edo dövründə yaranan, 1603-1868-ci illəri əhatə edən Yapon rəssamlığının bir növü) rəssamlar müxtəlif fəsillərdə, xüsusilə mənzərəli qış aylarında Yapon mənzərələrini və cəmiyyətini təsvir edirdilər. Onlar bunu çox sevirdilər.

Üç taxtadan çap olunmuş albomun bu nəşri Kamisaka Sekkanın qrafik dizayn məharətini nümayiş etdirir. Şəkillər əvvəlcə seriyanın abunəçilərinə fərdi olaraq paylandı, lakin daha sonra bu kitab kimi sərt üzlü formada kütləvi istehlakçılar üçün yenidən nəşr olundu. Hər nəşrdə təbiətdən və ya Yapon ədəbiyyatından götürülmüş bir hekayə var. Səhnələrin çoxunun 900-cü və ya 1000-ci illərdə Yaponiyada yaranan uzun bir tarixi var və o vaxtdan bəri hər cür sənətkar tərəfindən şərh edilmişdir. Sekkanın seçmələri rəssam Tavaraya Sōtatsu (1570-1640) və xəttat Hon'ami Koetsu (1558-1637) tərəfindən yaradılmış Rinpa üslubunun presedentlərinə yaxın idi.

Mənbə: Dailyart.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et