Bu gün:

Saint Laurent necə quruldu?


Əlcəzair əsilli Yves "Saint Laurent"-i fransız yazıçısı və illüstratoru Michael de Brunhoff düşünüb, onun eskizlərini dərc edib və onu Christian Dior-a təqdim edib. Diorda ilk işi dizayner köməkçisi olan Laurent 1957-ci ildə Christian Diorun qəfil ölümündən sonra baş dizayner oldu. Kişi və qadın modası arasındakı xətti bulandıran və qadın cinsiyyətini qeyd edən Saint Laurent-in ənənəvi kişi parçalarından yeni qadın geyimi yaratmaq qabiliyyətinin ən simvolik ifadəsi, şübhəsiz ki, Le Smoking idi. 

Le Smoking "Saint Laurent"-in modadakı təsirini ən yaxşı şəkildə müəyyən edən imza üslubuna çevrildi. 1966-cı ildə inqilabi yüksək moda nümayişi zamanı alıcıların diqqətini kifayət qədər çəkməsə də, onu Bianca Jagger, Catherine Deneuve və Nan Kemper kimi məşhur şəxslər geyinmişdir.


Mənbə: Oggusto
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş