
1977-ci ildə Roy Raymond Şimali Kaliforniyada 80 min dollar kapital ilə ilk Victoria's Secret mağazasını açdı. Məqsəd kişilərin də sərbəst gəzə biləcəyi qadın alt paltarları mağazası yaratmaq idi. Roy Raymond tərəfindən açılan mağaza ilk ilində 500.000 dollar gəlir əldə gətirdi. 1982-ci ilə qədər Victoria's Secret kütləvi istehsala başladı və öz məhsullarını yaratdı. Onun 6 mağazası, 42 səhifəlik kataloqu və illik 6 milyon dollar dövriyyəsi var idi. Lakin hələ də məlum olmayan bir səbəbdən Roy Raymond 1985-ci ildə American Limited Group ilə razılaşaraq öz şirkətini 4 milyon dollara satdı.
The Limited-in qurucusu Leslie Wexner sayəsində daha da böyüyən Victoria's Secret, 80-ci illərdə milyard dollarlıq dövriyyəyə başladıqdan sonra indiki vəziyyətinə çatdı."Victoris's Secret"in sürətlə yüksəldiyi bir vaxtda Roy Raymont əvvəlcə biznesə başlayır və uğursuzluğa düçar olur, sonra həyat yoldaşından ayrılır. Daha sonra xərçəng səbəbiylə saçlarını itirmiş qadınlar üçün parik istehsal edən bir şirkətdə işləməyə başlayır. O, ailəsinin köməyi ilə başqa şirkət qurmağa çalışır, lakin bu da uğursuz olur. Həyata uğurlu başlanğıcından sonra Roy Raymond 26 avqust 1993-cü ildə özünü Golden Gate körpüsündən ataraq həyatına son qoyur. Onun cəsədi bir həftə sonra San Fransisko körfəzində tapılmışdır. Deməli, əslində “Victoria's Secret”in sirri onun yaradıcısı Roy Raymondun intiharıdır.
Mənbə: Pazarlamasyon
Tərcümə etdi: Tahirə Bağırzadə
