Bu gün:

Anton Einsle kimdir?


Avstriyalı akademik klassik rəssam Anton Einsle 1801-ci ildə Vyanada anadan olub. 13 yaşında heykəltəraş və rəssam Josef Cliberin rəhbərliyi altında Vyana Akademiyasında təhsil almağa başladı. İlk mükafatını 1817-ci ildə 16 yaşında aldı. İlk miniatürlərini və portretlərini 1827-ci ildə çəkdi. Əsərləri Praqa və Drezdendə, 1830 – cu ildən isə Vyanada böyük sərgilərdə nümayiş olunmağa başladı.

Einsle 1829 – cu ildən Praqada, 1832-ci ildən Budapeştdə çalışıb. Məşhur bir ictimai portretçi oldu. 1838-ci ildə imperator ailəsinin rəssamı təyin edildi və Hofburqda böyük bir studiya aldı.

Bir çox işçisindən biri daha sonra Hofmuzeumun direktoru olan Eduard von Engert idi. Rəsmi məmur olaraq Avstriya imperatoru I Franz Josephin təxminən otuz portretini çəkdi.

Əsərlərində ətraflı iş texnikası, sakit bir fırça və parlaq rəng palitrası çox diqqətəlayiqdir. Modellərinin üz ifadələrini qalıcı etmək və mənasını gücləndirmək üçün gözləri ilə işləyərək fikirlərini çox intensiv şəkildə işlətdi.

Bundan əlavə, rəng cədvəlində dəri rəngi üçün rəngləri xüsusi bir üsulla hazırladığı bilinir. Əsərləri bir çox muzeydə, xüsusən, Avstriyada və xaricdə nümayiş olunur.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et