Alimlərin apardığı araşdırmalar nəticəsində bəziləri yuxuların saniyələr içində bitdiyini, bəziləri isə saatlarla davam etdiyini deyirlər. Dr.B. Klein adlı amerikalı alim bu mübahisə haqqında araşdırmalarını davam etdirib. Tədqiqatlarında könüllü olaraq iştirak edən subyektlərini hipnoz edərək yuxuya verdi və bir müddət sonra onları oyandıraraq gördükləri yuxunu danışmağı xahiş etdi. Nəticədə insanların danışdığı yuxulara görə yuxu müddətinin 20 saniyədən çox olmadığını təsbit etdi.Tədqiqatın maraqlı tərəfi oyandığı subyektlərin 3-5 saniyə davam edən yuxularını saatlarla danışa bilmələri idi.

Gecə gördüyümüz yuxuların 50%- ni 5 dəqiqə ərzində, 90%-ni isə 10 dəqiqə ərzində unuduruq.
Qadınlar və kişilər müxtəlif yönlərdə yuxu görərlər.
Kişilər daha çox yuxuda kişiləri
görürlər. Yəni kişinin yuxusunda gördüyü insanların 70%-i kişilərdir. Qadınlar üçün bu nisbət bərabərdir. Kişilər daha aqressiv yuxular görsə də, qadınların yuxuları daha sakit olur.
Bir gecədə maksimum neçə yuxu görmək olar?
Orta hesabla bir gecədə görəcəyiniz
yuxuların sayı 4 ilə 7 arasında dəyişir. Və hər gecə bir-iki
saat yuxu görürük.Elmi cəhətdən sübuta yetirilməsə də, araşdırmalar xoruldayan insanların daha az, daha qısa və tez-tez unudulan yuxular gördüyü qənaətinə gəlib.
Xüsusilə görmə qabiliyyəti ilə doğulan və sonradan bu qabiliyyətini itirənlər, görmə qabiliyyəti olan insanlar kimi yuxu görürlər. Ancaq anadangəlmə kor olanlar təsvirləri olan yuxuları görə bilmirlər. Onların xəyalları səs, qoxu və hiss üzərində qurulur.
Yuxu görmədiyini düşünən insanlar əslində yuxularını çox tez unudurlar. Heyvanlar da yuxu görürlər. Bir çox heyvanlar üzərində aparılan araşdırmalar, heyvanların da insanlar kimi yuxu gördüyünü ortaya çıxarıb. Yatarkən itə baxsanız, onun ayaqlarını və ya pəncələrini, sanki kimisə izləyirmiş kimi hərəkət etdirdiyini görə bilərsiniz.
Mənbə: CNNtürk
Tərcümə etdi: Nuray Mürsəlova
