Bu gün:

Sizi xəstələndirə biləcək qidalar


Yemək bəzən zərərsiz görünə bilər. Ancaq həqiqət budur ki, bəzi qidalar diqqətlə seçilmədikdə, düzgün bişirilmədikdə və ya zəhərli, yeyilməz hissələri çıxarılmadan istehlak edildikdə bədənə zərər verə bilər. Lazımı tədbirlər görülməzsəbəzi qidalar sizi xəstələndirə və ürəkbulanmadan psixoza qədər bir çox xəstəliklərə, hətta ölümə səbəb ola bilər.

Aşağıda adı çəkilən qidanı istifadə edərkən xüsusi diqqət yetirilməlidir. Əslində, görülən ehtiyat tədbirləri ilə bağlı əmin deyilsinizsə, ən yaxşısı tamamilə uzaq durmaqdır.

Casu Marzu pendiri

Bu pendiri oxşarlarından fərqləndirən, içərisindəki qurdlardır. Çox iştahaçan görünməsə də, İtaliyanın Sardiniya adasında bu pendiri sevənlər çoxdur. Casumarzu dadı parmezan pendirinə bənzəyən
pecorino pendirinə milçək sürfələri əlavə edilərək hazırlanır. Kiçik qurdlar zamanla pendiri yumşaldır və yeməyə hazır olanda ortası demək olar ki, maye olur.
Onun dadının gorgonzola pendirinə bənzədiyi deyilir.
Casu marzunun çox kəskin qoxusu və sürfə nəcisi sayəsində özünəməxsus dadı var.

Bununla belə, bu pendiri yeyərkən nəzərə almalı olduğunuz bir məqam var. Hər şeydən əvvəl yaxşı reflekslərə sahib olmalısınız, çünki pendir yeyərkən içindəki qurdlar 15 santimetrə qədər havaya sıçrayır.

Mənbə: BBC

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et