Bu gün:

Dərman qəbul edərkən nələrdən çəkinməliyik?


Antibiotik qəbul edərkən spirtli içki qəbul etməyin təhlükəsiz olub-olmaması sualı tez-tez tərəddüd etdiyimiz və maraqlandığımız məsələlərdəndir. Ancaq ümumiyyətlə, dərman qəbul edərkən nəzərə alınmalı olan bir çox qida və içkilər var.

İstifadə etdiyimiz qidalar yediyimiz və içdiyimiz dərmanlara çoxlu təsir göstərə bilər. Buna görə dərmanla birlikdə gələn təlimatları oxumaq vacibdir.
Qəbul etdiyimiz dərmanlar qida kimi bağırsaqlarda, sonra isə qaraciyərdə parçalanır və bunlar bir-birinə kompleks şəkildə təsir edə bilir. Bəzi qidalar dərmanın təsirini artıra bilər, digərləri isə onu zərərsizləşdirə bilər və hər ikisi təhlükəli ola bilər.

Alkoqol

Bəzi dərmanlar, məsələn, antihistaminiklər və antidepresanlar yuxululuğa səbəb ola bilər və spirt bu təsiri artıra bilər. Bəzi istisnalar olmaqla, bu gün əksər antibiotiklər spirtdən imtina etməyi tələb etmir.

Bununla belə, dərmanların spirtlə qəbul edilməsi də "alkoqolun yuyulması" və ya "disulfirama bənzər reaksiya" adlanan başqa bir təsirə səbəb olur.
Alkoqol orqanizmdə parçalandıqda asetaldehid adlı zəhərli maddə əmələ gətirir və orqanizm bu maddəni xaric edir. Ancaq bəzi dərmanlar bu maddənin xaric edilməsini çətinləşdirə bilər, bu da asetaldehidin yığılmasına və qızartı, yüksək qan təzyiqi, ürək döyüntüsü və qusma kimi simptomlara səbəb ola bilər.
Alkoqol ilə qarşılıqlı təsir göstərən dərmanların siyahısı çox genişdir, buna görə də həmişə dərman qutusunda olan təlimatları yoxlamaq və ya dərman təyin edildikdə əczaçı və ya həkimdən soruşmaq lazımdır.

Qreypfrut

Qreypfrutun 100-dən çox dərmanla qarşı- lıqlı əlaqədə olduğu müəyyən edilmişdir, bəziləri təhlükəli ola bilər.
Qreypfrut qan təzyiqi dərmanlarının təsirini bir neçə dəfə artırdığı üçün təhlükəli ola bilər.

Bu, qreypfrutdakı furanokumarinlər adlanan kimyəvi birləşmələrlə bağlıdır. Dərmanlar qanla qarışmazdan əvvəl qaraciyərin ifraz etdiyi bəzi fermentlər tərəfindən parçalanır. Furanokumarinlər bu fermentləri bloklayır. Bu o deməkdir ki, qanda bəzi dərmanların konsentrasiyası təhlükəli səviyyələrə yüksəlir.


Yalnız bir qreypfrut və ya bir stəkan qreypfrut suyu bəzi xolesterol dərmanlarının təsirini 13 dəfə artıra bilər. Bu o deməkdir ki, bu dərmanların əlavə təsirləri artır.

Mənbə: BBC
Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et