
Elm insanları stridiyaların 200 gözünün olduğunu ortaya çıxarıblar. Bu dəniz canlısının qeyri-adi görmə qabiliyyəti sayəsində, yeni teleskoplar və tibbi cihazlar hazırlana bilər.
Araşdırma qrupuna görə, stridiyaların düz 200 gözü var. Stridiyaların bu gözlər sayəsində insanları və bir çox canlıları fərqli görə bildiyini ifadə edən tədqiqatçılar deyiblər: "İndiyə qədər omarların gözündən ilham alaraq teleskoplar, güzgülər və tibbi cihazlar hazırlanırdı. Bundan sonra daha çox elmi araşdırmalar aparılacaq. Hazırlanacaq cihazlar görmə qabiliyyətinə malik olan stridiyaların gözlərinə uyğun dizayn ediləcək".
Stridiyaların gözlərinin təfərrüatlarını ortaya qoyan qrupun üzvü olan İngiltərənin Exeter Universitetindən nevroloq Qaspar Jekely "Stridiyaların qalxanlarında gizlənən 200 qara gözün hər birinin necə olduğunu bu günə qədər bilmirdik",- deyə bildirib. Bildirilib ki, tədqiqatçılar stridiyaların gözlərini yoxlamaq üçün elm üzrə Nobel mükafatına layiq görülmüş elektron krio-mikroskop metodundan istifadə ediblər.
GÖZLƏR NECƏ İŞLƏYİR?
Elm insanları istiridyənin gözlərinin necə işlədiyini belə ümumiləşdiriblər: "Stridiyalar insandan və bir çox canlıdan fərqli olaraq toplanan şüaları tor qişaya, yəni linzaya deyil, içindəki güzgülərə göndərirlər. Yəni stridiyalar işığı qavrayır. Digər canlılar kimi linzalı deyillər. Onların güzgüləri qatlıdır. İki ayrı təbəqədən ibarətdir. Bu təbəqələr şüaları tor qişaya ötürür. Güzgülər də sahib olduqları kristallar sayəsində əks olunarkən səth qüsurlarını minimuma endirirlər. Buna görə də biz "Stridiyaların gözləri əslində teleskop kimi işləyir" deyə bilirik. Bu güzgülərdən işığı fokuslamaq üçün istifadə edirlər. İnsan 180 dərəcə bucaq altında görərkən stridiyalar 250 dərəcə bucaq altında görmə qabiliyyətinə malikdirlər".
Mənbə: Sabah
Tərcümə etdi: Gülay Qəribova
