
Dünyanın ən qədim aləti olan 43.000 illik Neandertal fleytası
2008-ci ildə arxeoloqlar Almaniyanın cənubundakı Hohle Fels adlı Daş dövrünə aid mağarada fleyta parçaları tapdılar. Bu fleyta parçaları qarğa və mamont sümüklərindən hazırlanmışdır. Təxminən 42.000-43.000 il əvvələ aid olan bu alətlər ən qədim alətlər hesab olunur. Əvvəllər ən qədim hesab edilən alətlər 35.000 il əvvələ aid edilib.
Tədqiqatçılar, xüsusilə də mamont sümüyündən hazırlanmış fleytaların, xüsusilə, çətin olduğuna inanırlar. Kəşf zamanı bəzi tədqiqatçılar fleytaların erkən Avropa müasir insanlarına nəsli kəsilmiş neandertallar üzərində üstünlük verən mədəni nailiyyətlərdən biri ola biləcəyini düşünürdülər. Lakin neandertallar, o cümlədən onların Homo sapiens ilə cinsləşməsi haqqında biliklərimiz artdıqca bu iddialar yenidən nəzərdən keçirilməlidir.
Uzun illər bacarıqsız hesab edilən neandertallar da öz fleytalarını düzəldirlər. Və ya ən azından 1995-ci ildə kəşf edilmiş mağara ayının bud sümüyündən hazırlanmış fleyta bunu deməyə əsas verir. Arxeoloq İvan Türk tərəfindən Sloveniyanın şimal-qərbindəki Divje Babe adlı Neandertal sahəsində tapılan bu alətin ən azı 43.000 yaşı var. Hətta 80.000 il yaşı ola bilər. Musiqişünas Bob Finkin fikrincə, fleytadakı dörd dəlik dörd nota uyğun gəlir. Fink: "Fleytanın notları qaçılmaz olaraq diatonikdir, qədim və ya müasir, demək olar ki, hər hansı bir standart diatonik miqyasda uyğunlaşa bilər."- dedi.
Arxeoloqlar bu alətin Türkün iddia etdiyi kimi neandertallar tərəfindən hazırlanıb-yaratılmadığını qızğın müzakirə etsələr, tapıntılar insanların yaxın qohumlarının heç bir musiqi izi buraxmadan yoxa çıxdığını inkar edir və tarixdən əvvəlki musiqiyə qapı açır.
Fleytadan gələn səsləri eşitmək üçün Sloveniya Milli Muzeyinin kuratoru fleytanın gil surətini düzəltdi. Tarixdən əvvəlki alət diatonik ölçülərdən bütöv və yarım tonları çıxara bilirdi. Musiqiçi Dimkaroski də bu fleyta ilə Bethovenin, Verdinin, Ravelin, Dvorakın və başqa sənətkarların əsərlərindən bir neçə parça ifa etməyi bacarıb. O, bir neçə heyvan səsi də çıxara bilib.
Mənbə : arkeofili. com
Tərcümə etdi : Aysel Aslanova
