Keçmişdən bu günə solaxayların daha ağıllı və ya daha inadkar olması ilə bağlı iddialar irəli sürülüb.
İnsanların niyə solaxay və ya sağ əlli olduğu, solaxayların digərlərindən fərqli xüsusiyyətləri və ya çatışmazlıqları olduğu illərdir araşdırılıb. Tezislərdən birinə görə, solaxaylıq “dahilərə” xas xüsusiyyətdir, digərləri isə solaxayları “bacarıqsız insanlar sürüsü” kimi qələmə verirlər. Alman psixoloq Kurt Müller solaxaylığın sirlərini açmağa çalışan alimlərdən biridir və insanların niyə solaxay olması sualına qəti cavabın olmadığını deyir.
Bu mövzuda iki güclü tezis var. Birinci tezis insanların genetik olaraq solaxay olduğunu iddia edir. İkincisi, ananın hamiləlik dövründə hormonal dəyişikliklərin uşaqları solaxay etdiyini göstərir. Bu iddiaya görə, hamiləlik dövründə anada cinsi hormon testosteron istehsalı artarsa, uşaq solaxay ola bilər.
Uşaqların sol və ya sağ əlli olduğunu necə bilək?
Kiçik uşaqların hər iki əlini istifadə etməsi inkişaf baxımından uyğun olsa da, onlar 4 yaşından bir ələ üstünlük verməyə başlaya bilərlər.
Gənc yaşlar rəsm və yazı işlərində dəqiq nəzarətin lazım olduğu yaşlardır. Bacarıqlarını təkmilləşdirməkdə performansını artırmaq üçün onun sol və ya sağ əlindən istifadə edəcəyini müəyyən etmək lazım gələ bilər.
Oynamaq uşağınızın əl əzələlərini gücləndirməyə kömək edə bilər. Rəsm çəkərkən səbirsizcəsinə ən yaxın əli ilə uzanıb boyanı götürə bilər, ya da sağ əli ilə sağ səhifəni, sol əli ilə sol səhifəni rəngləndirə bilər.
Əgər uşağınızın əlinin dominant olmadığını düşünürsünüzsə, gün ərzində birbaşa onun
qarşısına müxtəlif əşyalar qoyun və onlara çatmaq üçün hansı əlindən istifadə etdiyini qeyd edin. Bir əl digərindən 70 faiz çox istifadə olunursa, onun üstünlük verdiyini güman edə bilərsiniz.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Nuray Mürsəlova
