
Yumurta çoxlu qida elementlərini əhatə edən, yüzlərlə reseptdə istifadə edilən və sağlamlıq üçün böyük faydalar təmin edən bir qidadır. Əgər siz də əksər insanlar kimi davamlı olaraq yumurta yeyirsinizsə, yumurtanın ağının yoxsa sarısının daha faydalı olduğunu düşünmüsünüz.
Mütəxəssislər bütöv yumurta yeyilməsinin ümumiyyətlə çox sağlam olduğunu söyləyirlər. Yumurta yüksək qida mənbəyi kimi pəhrizimizin vacib bir hissəsi olmalıdır.
Yüksək xolesterol səviyyəsi ilə bağlı yalan mifdən narahat olmaq lazım deyil. Onlarda üstünlük təşkil edən doymamış yağ turşuları ürək sağlamlığı üçün idealdır. İndi elmi araşdırmalar işığında sizi yumurtanın hər iki hissəsini kəşf etməyə dəvət edirik.
Yumurta ağının faydaları
Hansı daha çox xoşunuza gəlir, yumurtanın ağı, yoxsa sarısı? Bir hissəni digərindən ayıran və xolesterolunu bu şəkildə daha yaxşı qoruduğunu düşünən bir çox insan var.
Ağın yumurtadakı ən sağlam şey olduğu düşünülür. Beləliklə, bütün faydaların nə olduğunu görək:
Ağ yumurtanın ümumi çəkisinin təxminən 60 faizini təşkil edir və funksiyası mayalanma və embrion inkişafın baş verdiyi mikrob hüceyrələrini təmin edərkən sarısını qorumaqdır. Ağ rəngdə əsasən zülallar, karbohidratlar, minerallar və su var.
Yumurtanın ağında yağ yoxdur. Tərkibində çox az kalori var. Ümumiyyətlə, faydalıdır. B vitaminləri ilə zəngindir. Ağında sarıdan daha az kalori var. Onlar ümumiyyətlə kilo vermək üçün çox uyğundur. Bir çox insan yumurtanı səhər yeməyində tək qəbul edir, çünki yumurta zülal, vitamin təmin edir və eyni zamanda onları tox saxlayır. Səhər yeməyində "yalnız" yumurta ağını qəbul etmək mütəxəssislər tərəfindən qətiliklə tövsiyə edilmir.
Yumurta ağı bir çox gözəllik formullarına daxildir. O, əla dəri büzücüdür, yumşaldıcı kimi fəaliyyət göstərir və həmçinin hər cür qıcıqlanmanı müalicə edir. Yumurta ağı da qan təzyiqini aşağı salmağa imkan verən bir növ peptid ehtiva edir.
Yumurtanın sarısının faydaları
Yumurtanın sarısında bütün yumurtanın zülallarının və riboflavinlərinin yarısını tapa bilərik. Yumurta sarısının tərkibində göz sağlamlığı üçün çox vacib olan iki antioksidant olan lutein və zeaksantin də var.
Yumurtanın sarısı ağından daha çox protein təminedir. Sarısı yağla zəngindir. Hər yumurtada təxminən 4 qram yağ var, bunun yalnız 1,5-i doymuş yağdır. Qalanları doymamış yağlardır və orqanizm üçün çox faydalıdır. Xolesterol səviyyəsi çox aşağıdır və buna görə də sağlam insanlar üçün zərərsizdir. Əgər sizdə yüksək xolesterol varsa, onun qəbulunu bir qədər məhdudlaşdıra bilərsiniz, ancaq onu tamamilə kəsə bilməzsiniz, çünki tərkibindəki zülal çox faydalıdır.
Yumurta sarısı güclü vitamin və mineral mənbəyidir. Yumurta sarısının tərkibində xeyli miqdarda protein, dəmir, sink, fosfor, A, D, E, B6 və B12 vitaminləri, fol turşusu, pantotenik turşu, tiamin və riboflavin var. Onu da qeyd edək ki, D vitamini ilə zəngin olan azsaylı qidalardan biridir.
Yumurta sarısı ilə bağlı gözardı etməməli olduğumuz başqa bir həqiqət də tərkibində xolin adlı maddənin olmasıdır. Xolin beyin sağlamlığımız, yaddaşımız və alzheimer və ya demans kimi xəstəliklərlə mübarizə üçün çox vacibdir.
Yumurta sarısı lesitinlə çox zəngindir. Bu element xolesterolun bədənimiz tərəfindən tam udulmasının qarşısını almaq üçün ona bağlanır. Lesitin sümük iliyi, beyin, qaraciyər, ürək və sinir sistemimizi qidalandırmaq və onlara qulluq etmək üçün vacib bir hissəsidir. Bu ürək dostudur və yaddaşı və konsentrasiyanı yaxşılaşdırmağa kömək edir.
Bütün zülallarını almaq üçün tez-tez çiy yumurta sarısı qəbul edən bir çox insan var. Bu səhvdir. Çiy yumurta sarısı qəbulu salmonellyoz kimi xəstəliklərə səbəb ola bilər. Bilməlisiniz ki, xüsusilə qaynadılmış yumurtanın sarısını qəbul etmək həmişə daha yaxşıdır, çünki onun xüsusiyyətləri eyni qalacaq və heç bir problem yaşanmayacaq.
Mənbə: ensonhaber.com
Tərcümə etdi: Sevil İsmayılova
