Gün ərzində tez-tez qəhvə istifadə edənlərin, eyni zamanda çəkisinə nəzarət edənlərin diqqətinə: Qəhvənin kalorisi digər içkilərə nisbətən daha az olsa da, gündə 2-3 stəkan içmək çəkiyə nəzarəti çətinləşdirə bilər. Buna görə də məqaləmizdə sizin üçün müxtəlif qəhvələrin kalori dəyərlərini topladıq.
1) Filtr olunmuş qəhvə

Bu gün ən çox içilən qəhvələrdən biri olan filtr olunmuş qəhvə, ən az əlavə təsir görmüş qəhvələrdən biridir. Sadə içildiyi üçün daha az kalorili olur. Bu qəhvə növü arıqlamağı sürətləndirə bilər.
Balaca boy qara filtrli qəhvə: 3 kkal
Hündür boy filtrli qəhvə: 6 kkal
Orta boy filtrli qəhvə: 5 kkal
2) Espresso
Güclü və kəskin dadı ilə qəhvə həvəskarlarının imtina etməyəcəyi espressonun kalorisi çox aşağıdır. Ancaq unutmayın ki, süd ilə qarışdıqda onun kalorisi nə artır.
Sadə espresso : 6 kkal
Sadə ikiqat espresso: 11 kkal
3) Türk qəhvəsi

Söhbətlərdə ən çox sevilən içkilərdən biri olan türk qəhvəsi 3 növə bölünür: sadə, orta şirinlikdə və olduqca şirin. Onun sadə forması aşağı kalorili olur. Şəkər şəkərin miqdarı qəhvənin kalori miqdarına da təsir göstərir.
1 stəkan qara türk qəhvəsi: 7 kkal
1 fincan şəkərli türk qəhvəsi: 42 kkal
4) Americano

Espressonun alternativlərindən biri olan amerikano qışda isti, yayda isə soyuq halda içilə bilər.
Balaca böyük amerikano: 6 kkal
Orta boy amerikano: 11 kkal
Böyük boy amerikano: 17 kkal
5) Latte

Digər qəhvələrdən daha yüksək kalorili olan latte, süd və süd köpüyü birləşməsindən ibarətdir. Şəkər əlavə etdikcə onun kalori dəyəri də artır
Az südlü latte: 67 kkal
Orta miqdarda südlü latte: 114 kkal
Çox şəkərli latte: 176 kkal
6) Mocha

Mocha yüksək kalorili qəhvələrdən biridir. Xüsusilə şokolad və karamel şərbəti kimi maddələr əlavə olunduqda onun kalorisi hədsiz artır. Bu səbəbdən pəhrizdə olan şəxslər istifadəsinə çox da üstünlük verməməlidir.
Az südlü mocha: 153 kkals
Orta südlü mocha: 191 kkal
Ağ şokoladlı mocha (hündür): 383 kkal
Starbucks mocha (hündür): 281 kkal
7) Cold brew

Yay aylarında tez-tez seçilən soyuq dəmləmə, az kalorili olmasına görə pəhriz siyahılarına əlavə oluna bilən qəhvələrdən hesab olunur.
Kiçik böyük soyuq dəmləmə: 1 kkal
Orta boy soyuq dəmləmə: 3 kkal
Böyük boy soyuq dəmləmə: 5 kkal
8) Makyato

Espresso və südlə hazırlanan macchiato espressonun sərinləşdirici içki variantıdır.
1 porsiya (335 ml): 201 kkal
Yüngül südlü karamel macchiato (kiçik ölçülü): 57 kkal
Tam südlü karamel macchiato (kiçik ölçülü): 135 kkal
9) Kapuçino

Espresso və süd köpüyü ilə hazırlanan kapuçino kafelərdə ən çox seçilən qəhvə növlərindən biridir.
100 qram kapuçino: 23 kkal
Balaca boy kapuçino: 55 kkal
Böyük boy kapuçino: 108 kkal
10) Affogato

Espresso və dondurma ilə hazırlanan affogato yay aylarında üstünlük verilən qəhvədir.
100 qram affogato: 223 kkal
1 porsiya affogato: 258 kkal
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
