Bu gün:

Hansı ölkələrin insanları daha çox qəhvə içir?


Qəhvə gündəlik həyatda ən çox istifadə etdiyimiz içkilərdən biridir. Zaman keçdikcə daha çox istifadəçi ilə qarşılaşan qəhvə günə enerjili başlamaq, günün yorğunluğunu atmaq kimi səbəblərlə sevilir. Dünyanın müxtəlif coğrafiyalarında sevilən bu içki ölkədən asılı olaraq müxtəlif çeşidlərdə və fərqli dəmləmə üsulları ilə təklif olunur. Bəs, dünyada ən çox qəhvə içən ölkə hansıdır? Dünyada ən çox qəhvədən istifadə edən ölkələrin siyahısını təqdim edirik:


Finlandiya

Finlandiya dünyanın ən böyük qəhvə istifadəçiləri arasında birinci yerdədir. İldə 12 kiloqram qəhvə istifadə edən Finlandiyada işçilər üçün 10 dəqiqəlik kofe fasiləsi məcburidir. Finlandiyada orta hesabla gündə 4 fincan qəhvə içildiyi hesablanır. Demək olar ki, hər tədbirdə qəhvə verilir.

Norveç

Siyahıda ikinci yeri Norveç tutur. Norveçlilər gündə ən azı 3 fincan qəhvə içirlər. Ölkədə ictimailəşmək üçün qəhvəxanalar da var. İllik qəhvə istifadəsi orta hesabla 10 kiloqramdır.

 İslandiya

Üçüncü yeri İslandiya tutur. İldə orta hesabla 9 kiloqram qəhvə istifadə edilən İslandiyada hər qonağa bir fincan kofe təklif olunur. Soyuq ölkələrdə kofe həm də isinmə vasitəsi kimi görülür.

Danimarka

Avropada ən bahalı qəhvə dördüncü yerdə olan Danimarkada satılır. Adambaşına ildə 8,7 kq qəhvə istifadə edilir. Küçələrdə çoxlu qəhvəxanalar var. Danimarkalılar hətta toylarda qonaqlara bir fincan kofe təklif edirlər. Ümumiyyətlə, tünd və acı filtrli qəhvəyə üstünlük verilir.

Hollandiya

Hollandiya beşinci yerdədir. İldə adambaşına 8,4 kq qəhvə istifadə edilən Hollandiyada onların unikal “Koffie Verkeerd” qəhvəsi içilir. Bol südlü sərinləşdirici qəhvələrə üstünlük verən Hollandiya Baltikyanı ölkə olmayan yeganə ölkədir. 

İsveç

Adambaşına illik qəhvə istifadəsi 8,2 kq olan İsveç siyahıda altıncı yerdədir. Fika adlı kofe fasilələri bu ölkədə çox önəmlidir. İnsanlar düşünürlər ki, bu fasilələr hər kəsi bir-birinə yaxınlaşdırır və sosiallaşdırır. 

İsveçrə

İsveçrə illik 7,9 kq qəhvə istifadəsi ilə siyahıda yeddinci yerdədir. Bundan əlavə, Avropanın ən bahalı qəhvələri İsveçrədə satılır.

Belçika

Adam başına ildə 6,8 kq qəhvə istifadə edən Belçikada qəhvə mədəniyyəti 200 il əvvələ gedib çıxır. Şirniyyatları ilə seçilən Belçikada qəhvə həmişə vafli və şokoladla birlikdə içilir. 

Lüksemburq

Dünyanın ən kiçik Avropa ölkələrindən biri olan Lüksemburq siyahıda 9-cu yerdədir. Bu ölkədə adambaşına ildə 6,5 kq qəhvə istifadə edilir. Lüksemburqda kafedə oturub bir dilim tort və bir fincan qəhvə sifariş etmək gündəlik həyatda ən çox görülən işlərdən biridir.

 İllik qəhvə istifadəsi 6,5 kq olan Kanada siyahıda 10-cu yerdədir. Ölkənin ən məşhur qəhvəxanası Tim Horton'sdur. Lakin keyfiyyətini qorumaq üçün dünyaya açılmamış, yalnız ABŞ və Kanadada fəaliyyət göstərməyə üstünlük verən qəhvəxanadır. 

Türkiyə qəhvə istifadəsi siyahısında aşağıdır. Çay ölkəsi kimi tanınsaq da, son illər qəhvə istifadəsi kifayət qədər yüksəkdir. Son 10 ildə adambaşına qəhvə istifadəsi 350 qramdan 1,1 kiloqrama yüksəlib.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et