Bu gün:

Serebral iflic nədir?


Beyin hələ də inkişaf edərkən yaranan xəstəlik, sonradan böyüyə bilər. Simptomlar körpəlikdə və məktəbəqədər yaşda özünü göstərməyə başlayır. Anormal reflekslər, bədənin boşalması, gövdə və ətraflarda sərtlik, duruş pozğunluğu və yeriş pozğunluqları serebral iflicli uşaqlarda görülə bilən əlamətlər arasındadır. Serebral sözü beyin deməkdir. 

İflic hərəkət zəifliyini və iflici ifadə etmək üçün istifadə olunur. Serebral iflic, əsasən, insanın əzələ tonusuna, hərəkət və motor bacarıqlarına təsir edən problemdir. Bədənin koordinasiyalı və məqsədyönlü şəkildə hərəkət etmə qabiliyyətinə maneə törədir. O, həmçinin nəfəs alma, sidik kisəsi və bağırsaqlara nəzarət, yemək və danışma kimi motor bacarıqları və əzələləri əhatə edən digər bədən funksiyalarına təsir göstərə bilər.

Serebral iflic neçə yaşda olur?

Bir çox hallarda görmə, eşitmə və toxunma ilə bağlı problemlər də var. Serebral iflic xəstəlik deyil. Əksinə, əzələ hərəkətlərini idarə edən beynin zədələnməsi nəticəsində yaranan simptomlar qrupudur. Serebral iflicli uşaqlarda udma və göz əzələlərində də problemlər olur. Bu insanlar göz əzələlərini koordinasiyalı şəkildə işlədə bilmədiklərindən hər hansı bir obyektə fokuslanmaqda problem yaşayırlar. Serebral iflicdə əzələlərin fəaliyyətində və fiziki fəaliyyətdə məhdudiyyət qalıcıdır. Bu problemlər irəliləmir və problemin qaynağı olan beyin zədəsi körpə hələ ana bətnində ikən də baş verə bilər. Bu problemlərlə yanaşı, serebral iflicli şəxslər epilepsiya, intellektual problemlər, qidalanma və ünsiyyət problemləri də yaşaya bilərlər. 

Serebral iflic necə müalicə olunur?

Serebral iflicin qəti müalicəsi yoxdur. Müalicənin məqsədi məhdudiyyətləri yaxşılaşdırmaq və ağırlaşmaların qarşısını almaqdır. Serebral iflicli uşaqlar və böyüklər tibbi yardım qrupu ilə uzunmüddətli müalicəyə ehtiyac duyurlar. Bu qayğı qrupuna daxil olan səhiyyə işçiləri aşağıda verilmişdir:

Pediatr: Müalicə planını hazırlayır və tibbi yardıma nəzarət edir.

Uşaq nevroloqu: Beyin və sinir sistemi xəstəlikləri olan uşaqlara diaqnoz qoymaq və müalicə etmək üçün təlim keçmiş həkim. Serebral iflicli uşaqların baxımı və müalicəsi ilə məşğul ola bilər.

Ortoped: Bir ortoped, əzələ və sümük xəstəliklərini müalicə etmək üçün təhsil almış mütəxəssis həkim, əzələ problemlərini diaqnoz və müalicə etməyə kömək edir.

Fizioterapevt: Serebral iflicli uşaqların əzələlərini gücləndirməyə və yerimə bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Peşə terapevti: Uşaqlara özünə qulluq bacarıqlarını inkişaf etdirmək və gündəlik fəaliyyətlərdə kömək edən adaptiv məhsullardan istifadə etməyi öyrətmək üçün dəstək verir.

Dil və loqoped: Nitq və udma problemi olan uşaqlara dəstək təhsili verir.

Xüsusi təhsil müəllimi: Uşaqlarda yaşa uyğun davranış və sosial bacarıqlar inkişaf etdirməyə kömək edir. Öyrənmə qüsurlarını həll edir, təhsil ehtiyaclarını müəyyən edir və müvafiq təhsil resursları ilə təlimi təmin edir.

Serebral iflicin müalicəsində multidisiplinar yanaşma mövcuddur. Dərman müalicəsi, fizioterapiya, peşə terapiyası (ergoterapiya), loqopedik, xüsusi təhsil və lazım gəldikdə botoks və ya cərrahi müalicələr tətbiq edilir.

Mənbə: medicalpark

Tərcümə edən:Gülay Qəribova

Paylaş
Şərh əlavə et