
Yaxınlarını itirmə qorxusu
Yaxınlarını itirmək qorxusu bir çox insanın əziyyət çəkdiyi və təsiri sıx müşahidə olunan psixoloji pozğunluqlardan biridir. Xüsusi fobiyalar arasında olan yaxınlarını itirmək qorxusuna bir çox səbəblər göstərilə bilər. Bu, adətən başqa insanlara bağlılıq vəziyyətinə aiddir. Bir çox psixoloji pozğunluqlarda olduğu kimi, bu pozğunluğun ortaya çıxmasında rol modelləşdirmə və keçmiş təcrübələr də təsirlidir. Nümunə olaraq etibarsız bağlanma davranışının və ailə üzvlərində müşahidə edilən itki hissi ilə həyata keçirilən davranışların təsirlərini göstərmək olar.
Yaxınlarını itirmə qorxusunun növləri
Anksiyete pozğunluğunun da bir növü kimi qəbul edilən və ümumiyyətlə fobiyalara daxil olan yaxınlarını itirmək qorxusu ilə bağlı fərdi göstəricilərdən danışmaq olar. Başqa sözlə, fərdlərin yaşadığı qorxunun şiddəti və ya dərəcəsi insandan insana dəyişə bilər. Ancaq bu çərçivədə olan bütün fobiya növləri tək başlıq altında araşdırılır və yaxınlarını itirmək qorxusu başlığı altında müalicə prosesi başlanır. Fərqli fobiya növlərində olduğu kimi, yaxınlarını itirmək qorxusu üçün fərdi davranışlar və düşüncələr haqqında danışmaq olar.
Yaxınlarını itirmə qorxusunun əlamətləri hansılardır?
Yaxınlarınızı itirmək qorxusunun simptomları əslində bir çox narahatlıq pozğunluğu və fobiya əlamətlərinə bənzəyir. Semptomların yaşanması insandan insana dəyişə bilər; Ancaq bəzi göstəricilər vasitəsilə narahatlığı anlamaq mümkündür.
İtirmək qorxusunun əsas əlamətləri aşağıdakılardır:
- Güvən problemləri
- Qarşılıqlı münasibətlərdə çox güzəştə getmək
- Hər zaman başqalarını sevindirmək arzusu
- Bir-birindən asılı davranış
- Başqalarını idarə etmək hissi
- Sağlam olmayan münasibətlərdən qurtulmamaq və israrlı olmaq
- Münasibətləri davam etdirə bilməmək
- Başqaları tərəfindən sevildiyinə dair daimi arxayınlığa ehtiyac
- Rəddedilmə hisslərinin qarşısını almaq üçün başqalarını məsafədə saxlamaq
- Romantik münasibətlərdə və dostluqlarda etibarsızlıq hissi
- Bir münasibətdən digərinə tez keçid
- Emosional yaxınlığın olmaması hissi
- Münasibətləri pozan davranışlar
Yaxınlarını itirmə qorxusunun müalicə üsulları
Yaxınlarını itirmək qorxusunu müalicə etmək üçün istifadə edilən üsullara psixologiyada istifadə edilən aktual üsullar daxildir. Fobiyanın bir növü olan bu pozğunluğun aradan qaldırılması üçün əsas müalicə üsulu terapiyadır. Terapiya zamanı insan diqqətini qorxularının səbəbini anlamağa və bu təcrübələri sağaltmağa yönəldir. Terapevtin dəstəyi ilə keçirilən seanslar zamanı insanın fərqində olmadığı mənfi düşüncə modellərinin başa düşülməsi və onları sağlam düşüncələrlə əvəz etməsi məqsədəuyğundur. Mövcud münasibətlərdə sağlam sərhədlər qurmaq öyrənilir və ünsiyyət buna uyğun həyata keçirilir. Əgər insanın narahatlıq səviyyəsi ağırdırsa, həkim tərəfindən müxtəlif dərmanlar təyin oluna bilər. Bununla belə, bunlar ümumiyyətlə qısamüddətli həllər kimi görülür və məqsəd terapiya vasitəsilə qalıcı bir həll təmin etməkdir.
Yaxınlarını itirmə qorxusunun müalicəsi necədir?
Yaxınlarını itirmək qorxusu ilə müalicə tətbiq edilərkən ilk növbədə qeyri-sağlam bağlılıq hissi olan insanlar və ətraf mühit faktorları araşdırılır. Bu şəkildə mövcud problemin hansı travma və ya qəbuldan qaynaqlandığı anlamağa çalışılır. Daha sonra insanın xəstəliyinin ölçüsünə və xarakterinə uyğun bir terapiya prosesi başlanır. Fobiya müalicələrində ümumiyyətlə sıx olaraq seçilən bilişsel davranışçı terapiya tətbiqləri başda olmaqla müxtəlif üsullar da tətbiq oluna bilər. Müalicə üçün müraciət etmək, insanın həyat və münasibətlərlə bağlı mənfi düşüncə tərzini tərk etməsi və yerini daha müsbət qəbullarla əvəz etməsi üçün çox vacibdir.
Mənbə: Usetappy.com
Tərcümə etdi: Aminə Paşazadə
