Bu gün:

Zamanda səyahət mümkün olsaydı, nə baş verərdi?


Zamanda səyahət edən maşın icad etsəydik və Yer kürəsinə qayıtmağa çalışsaydıq, pis bir sürprizlə qarşılaşardıq.

Hava olmadığı üçün nəfəs ala bilmirdik və bir neçə dəqiqə ərzində oksigen çatışmazlığından ölürdük.Planetin yarandığı ilk dövrlərdə atmosferdə oksigen yox idi. Alimlər bu qazın yalnız təxminən 2,4 milyard il əvvəl əmələ gəlməyə başladığını bildirirlər.


Atmosferdə oksigenin yaranması "Böyük Oksidləşmə hadisəsi" adlanır. Bu, planetin başına gələn ən mühüm hadisələrdən biri olmuşdur. Çünki oksigen olmasaydı, bu gün gördüyümüz canlılar yer üzündə olmazdı.

Oksigen necə əmələ gəldi?

İllərdir alimlər ilk oksigenin necə meydana gəldiyini araşdırıblar. Onlar uzun müddət nəfəs aldığımız havanın yaranmasında canlıların rol oynadığını düşünürdülər.

Ancaq hər hansı bir canlı deyil. Əgər son məlumatlar doğrudursa, Böyük Oksidləşmə hadisəsindən bir qədər əvvəl həyatın özü böyük dəyişikliklərə məruz qalırdı. Bu təkamül sıçrayışı hadisələri başa düşməkdə əhəmiyyətli ola bilər.

4,5 milyard il əvvəl yaranan dünyamızın Böyük Oksidləşmə hadisəsi zamanı 2 milyard il yaşı var idi. Onun üzərində təkhüceyrəli canlılar yaşayırdı.

Yer üzündə həyatın nə vaxt başladığını dəqiq bilmirik, lakin bu mikroorqanizmlərin məlum olan ən qədim fosilləri 3,5 milyard il əvvələ aiddir. Bu o deməkdir ki, yer üzündə həyat Böyük Oksidləşmə hadisəsindən ən azı bir milyard il əvvəl başlamışdır.

Mənbə: BBC

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et