Bu gün:

Bürclər və astrologiya realdırmı?


Bürclər və astrologiya elm halına gələn astronomiya ilə ortaq bir araşdırma sahəsindədir. Bürclər və onların şərtləri də səmaya baxmaq və ulduzların mövqeyindən istifadə etməklə müəyyən edilir. Bir çox insanlar bürclərə inanır və onların xüsusiyyətlərinə baxır.

Bürclər və astrologiya realdırmı?

Elmi olaraq ulduz falı və astrologiyanın reallığı olmadığı deyilsə də, çoxları buna inanır. Bir çox fərqli məlumat və anlayışın mövcudluğuna görə ulduz falı və astrologiya ilə bağlı qəti bir nəticə yoxdur.

Tamamilə insanların psixologiyası ilə izah edilən bürclərin heç bir həqiqəti olmadığı deyilir. Göyün və ulduzların vəziyyəti dünyaya və insanlara təsir etsə də, bunların hamısının psixoloji olduğu bildirilir. İnsanlar ümumiyyətlə ulduz falı şərhlərinə baxırlar, çünki həqiqət olmaq istədikləri şeyləri eşitmək və görmək istəyirlər.

Göydəki hadisələrə baxaraq gələcək hadisələrin proqnozlaşdırılması bir çox cəmiyyətlərdə müşahidə edilmişdir. Tarixdə bu vəziyyətə ilk dəfə yazılı şəkildə Assur və Babil sivilizasiyalarında rast gəlinmişdir. Astrologiyanın mənşəyi Qədim Yunanıstandır. Qədim Yunanıstanda səma hadisələri araşdırılaraq hava şəraiti proqnozlaşdırılır və bu yolla səma hadisələrinin dünyaya təsir etdiyi qənaətinə gəlinir.Mesopotamiya astronomları bu vəziyyəti daha da irəli apararaq həndəsə elmi ilə birləşdirmişlər. Daha sonra yunanlar bu vəziyyəti tamamilə fərdiləşdirdilər və günəşin il boyu hərəkətinə əsaslanaraq Qoç, Buğa, Şir və Xərçəng kimi heyvan adlarını simvollaşdırdılar.

Mənbə: Hürriyet

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et