Ser Çarlz Uitstoun 1827-ci ildə "mikrofon" sözünü ilk dəfə ortaya atıb, lakin yenə də 1876-cı ildə ilk mikrofonu icad edən Emil Berliner olub.

Emil Berliner 1851-ci ildə Almaniyanın Hannover şəhərində anadan olub. Vaşinqtonda ABŞ-ə köçdü. Orada bir dəfə Kuper İnstitutunda (indiki Kooper İttifaqı kimi tanınır) fizika üzrə qiyabi təhsil alıb. Berliner kimya laboratoriyasında kömək edib və vaxtının çox hissəsini quru istehlak mallarının satıcısı olaraq keçirib.
Alexander Graham Bell ABŞ-nin Yüzillik Sərgisində ilk telefonu təqdim edərkən, bir çox ixtiraçılar bu yeni inqilabi ixtiranı inkişaf etdirmək missiyasına sahib idi. Berliner də hamı kimi telefona heyran idi, lakin onu təkmilləşdirməyə imkanı yox idi. Sonra bir teleqraf operatoru ona dedi ki, daha çox cərəyan açarın üzərindən daha güclü hərəkət edir və Berliner qəfildən ruhlanır. O, səsin qeydə alınması və təkrarlanması üsulunu tapmaq istəyirdi.1876-cı ildə 25 yaşında qrammofonu icad etdi və sonra mikrofonu telefonun səs ötürücüsü kimi kəşf etdi. Mikrofon adi insan səsindən daha yüksək səslə dinamiklərdən gələn səsi qeyd etdiyi üçün populyarlaşdı. Bell Telefon Şirkəti bu ixtiradan o qədər təsirləndi ki, daha sonra Berlinerin mikrofonunu 50.000 dollara aldı.1878-ci ildə David Edward Hughes ilk karbon mikrofonu icad etdi, sonradan 1920-ci illərdə təkmilləşdirildi.
Mənbə: kimbuldu
Tercume etdi: Aynur Mikayilova
