Bu gün:

Qarışqaların ömrü nə qədərdir?


Qarışqalar yer üzündə ən çox yayılmış həşərat növlərindən biridir. Onların güclü, ahəngdar və mütəşəkkil hərəkətləri əsrlər boyu insanlar tərəfindən heyranlıqla müşahidə olunur. Eyni zamanda, qarışqaların həyat tərzi və davranışları da alimlərin diqqətini çəkib. Koloniyalarda hərəkət etmək qarışqaların qida tapmaq, yuva qurmaq və özlərini müdafiə etmək kimi fəaliyyətlərini daha təsirli şəkildə yerinə yetirmələrini təmin edir.

Qarışqalar ictimai həyatları və xüsusiyyətləri ilə alimlərin diqqətini çəkən canlılar sırasındadır. Sözügedən canlılarla bağlı ən maraqlı məsələ qarışqaların ömrüdür. Dünyada 14 mindən çox qarışqa növü yaşayır. Bu növlərin ömrü də bir-birindən fərqlidir. Qarşılaşdığınız ən çox rast gəlinən qarışqa növləri qara bağça qarışqalarıdır. Sözügedən qarışqaların orta ömrü 1-2 ildir. Firon qarışqalarının ömrü 4-12 ay arasındadır.

Qarışqalar neçə il yaşayır?

Qarışqalar uzunömürlü canlılar deyil. Maksimum iki il yaşayan qarışqalar dünya ekosistemində mühüm yer tutur. Qarışqaların həyat tərzi sosial həyatda bir çox mövzulara ilham verib. Qarışqaların həyatı ilə bağlı fəlsəfə sahəsində də müxtəlif araşdırmalar var. Qarışqalar aktiv təbiəti və zəhmətkeşliyi ilə diqqət çəkən canlılardır. Qida ehtiyatlarından qənaətlə istifadə edən bu canlılar insanlara sosial həyatda çoxlu dərslər verir. Qısa ömür sürən bu canlıların sürətli çoxalması və müstəmləkəçi həyat tərzi onların diqqət çəkən xüsusiyyətlərindəndir.

Mənbə: Sabah

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et