Bu gün:

Pubg oynamağın sağlamlığımıza təsiri


Oyun həddindən artıq zorakılıq ehtiva etdiyi üçün oyunçunun psixi sağlamlığına təsir edən aqressiv düşüncələr, hisslər və davranışlara səbəb ola bilər.

Bir çox oyunçu bütün gününü pubg oynamaqla keçirir, çünki oyunun mobil versiyası da var.  Bu, sosial cəhətdən daha passiv fərdlərin yetişməsinə səbəb olur. Sadəcə bir yerdə oturmaq və uzun saatlar pubg oynamaq fiziki sağlamlıq üçün də yaxşı deyil. Bu, insanları tənbəl olmağa sövq edir. Bundan əlavə, kompüter ekranına uzun müddət baxmaq görmə qabiliyyətinə mənfi təsir edə və baş ağrılarına səbəb ola bilər. Pubg-yə aludə olan gənclər sosial qarşılıqlı əlaqənin olmaması səbəbindən asanlıqla stresə düşə və ya cəmiyyətdə asosiallıq problemi ilə üzləşə bilərlər. Yuxu rejiminin pozulmasına da səbəb olan oyun asılılığı həyatdan qopmağa səbəb olur.

Mənbə: merak

Tərcümə etdi: Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et